Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam bizimdir!

24 noyabr 2020 | 11:00

   20 noyabr 2020-ci ildə Ağdam işğaldan azad edildi. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu.
   1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
   İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
   Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. 
   2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq daimi məskunlaşmışdır.
   Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri vardı. İşğaldan sonra ermənilər Ağdamla çox qəddar davranıblar və yer üzündən siliblər. Məscidə isə heyvanları salıblar, bunların fotoları erməni vəhşiliyini bir daha dünyaya göstərir.
   Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
   Ağdamın işğaldan azad olunmasından dərhal sonra ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər.
   Ali Baş Komandan İlham Əliyev Ağdamın dağıntıları arasında az-çox salamat qalan yeganə tikili olan Ağdam Cümə Məscidini ziyarət edib.
   Prezidentin əsas dayanacaq kimi Ağdam Məscidində durması oranın Ağdamın simvoluna çevrilməsidir. 27 il ərzində ayaqda dayanmağı bacaran Ağdam məscidinə Prezidentimizin və birinci xanımın ayaqyalın daxil olması hər bir azərbaycanlını çox təsirləndirdi.
   Artıq Ağdam və onun Cümə məscidi azaddır, çox tezliklə Ağdam məscidi təmir olunacaq.
   Prezident İlham Əliyev: “İndi  Ağdam üçün yeni dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Bizim böyük planlarımız var.” “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, etdikləri cinayətlərə görə cavab verəcəklər.”
   Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək.
   İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
   İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil.
   Ermənistanı bu günə salan qonşular nifrət tərbiyəsinin, təbliğatının davam etməsi, Azərbaycana, Türkiyəyə ərazi iddialarıdır.
   Azərbaycanın  gücü milli  birlikdədir.
   Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana,    Azərbaycan ordusuna eşq olsun!
   Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəyalə Mahir qızı Hüseynova
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi

Keçidlər