Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində relyefin çökək hissəsində qrunt və yağış sularının, ümumilikdə atmosfer yağıntılarının toplanması məsələsinin müzakirəsi üzrə onlayn müşavirə keçirilmişdir

25 noyabr 2020 | 11:00

   25.11.2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16-17 noyabr 2020-ci il tarixində Abşeron yarımadasına və Bakı şəhərinə yağan intensiv leysan yağışları nəticəsində Binəqədi rayonunun Xocasən qəsəbəsində gölün səviyyəsinin qalxması, eyni zamanda  həmin qəsəbəyə yaxın ərazilərdə və Lökbatan qəsəbəsində relyefin çökək hissəsində qrunt və yağış sularının, ümumilikdə atmosfer yağıntılarının toplanması məsələsinin müzakirəsi üzrə onlayn müşavirə keçirilmişdir.
    Keçirilmiş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, FHN-nin nümayəndələri, Bakı Sukanal İdarəsinin, Qaradağ Rayon Sukanal İdarəsinin, Abşeron Logistika Mərkəzinin,  Az-Granata MMC-nin,  Binə TM-nin, Sədərək TM-nin, Meyvəli MMC-nin rəhbərləri iştirak edirdilər.
   İclasda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, 16-17 noyabr 2020-ci il tarixində Abşeron yarımadasına və Bakı şəhərinə yağan intensiv leysan yağışları nəticəsində Binəqədi rayonunun Xocasən qəsəbəsində gölün səviyyəsinin qalxmasına, eyni zamanda  həmin qəsəbəyə yaxın ərazilərdə və Lökbatan qəsəbəsində relyefin çökək hissəsində qrunt və yağış sularının, ümumilikdə atmosfer yağıntılarının toplanmasına səbəb olmuşdur. 
    İclas iştirakçılarının nəzərinə çatdırıldı ki, həmin tarixlərdə güclü yağış səbəbindən yaranan sel suları nəticəsində Lökbatan-Xocasən yolu tamamilə bağlanmış, həmin ərazidə yerləşən Abşeron Logistika Mərkəzi, “Azgranata” MMC, Sədərək TM, Binə TM və Meyvəli ticarət mərkəzinin güclü su basmasına səbəb olmuş, həmçinin 50-yə yaxın fərdi yaşayış evi su altında qalmış, vətəndaşlara və sahibkarlıq subyektlərinə ciddi ziyan dəymişdir. 
   Hadisə zamanı rayon ərazisində və həmin əraziyə yaxın olan yerlərdə mövcud olan və 1960-70-ci illərdə qurulmuş su-kanalizasiya şəbəkəsinin istismar müddəti başa çatdığından sıradan çıxmış, eyni zamanda yağış-kanalizasiya xətlərinə tələbatdan artıq sel və tullantı suları daxil olduğundan həmin xətlər vasitəsilə suların kənarlaşdırıl-masında  ciddi  problemlər  yaranmışdır. 
   İclas iştirakçılarının nəzinə çatdırılmışdır ki, qeyd olunan problemlərin gələcəkdə baş verməməsi məqsədilə  müvafiq tədbirlərin görülməsi üçün qısa müddət ərzində yerində baxış keçirilib araşdırılsın və müvafiq tədbirlərin görülməsi üçün mütəxəssislərin iştirakı ilə təkliflər hazırlansın.

Keçidlər