Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbirlər davam edir

29 aprel 2013 | 10:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı silsilə tədbirlər davam etməkdədir.
27 aprel 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbdə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon Təşkilatının üzvləri, valideynlər və məktəblilər iştirak edirdilər.
Tədbir ulu öndər Heydər Əliyevin həyatını əks etdirən videoçarxla başladı. Daha sonra ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edilmişdir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

Keçidlər