Fəxr edirəm ki, Azərbaycanlıyam
Qalib ordunun Ali Baş Komandanına xalqın ehtiramı sonsuzdur. Cari ilin 16 noyabr tarixində Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu,sevgi və izdihamla qarşılanmışdır.
Qələbə hisslərini yaşadan Ali Baş Komandana xalq öz hər zaman olduğu kimi sevgisini nümayiş etdirir. Qələbədən sonra işğaldan azad olunmuş bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla və müzəffər ordusuyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın inamına,məhəbbətinə və sevgisinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti,inamı və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Bu cənab Prezidentin qələbəsidir.
Bu gün prezidentə müraciət edərək, bildirmək istəyirəm ki,
Xalqımızın Milli Qəhrəmanı Ali Baş Komandan uşaqdan böyüyədək, gənc nəsildən yaşlı nəsilədək sevilən Prezidentimiz cənab İlham Əliyev, xalq sizinlədir. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Ali Baş Komandanımıza!
Qarabağ Azərbaycandır!
Eldəniz Bayramov,
Qaradağ MKTB-nin 238 saylı MİS rəisi