Şriftin ölçüsü :

Saytın rəngi :

Fəxr edirəm ki, Azərbaycan əsgəriyəm

21 noyabr 2020 | 11:00

    Mən Müzəffər Ali baş Komandanın rəhbərlik etdiyi Ordunun əsgəriyəm.
   Vətən müharibəsi başlayan kimi könüllü olaraq yenidən cəbhəyə yollandım. Vətən uğrunda gedən döyüşlərdə iştirak etdim. Mən bizim ordumuzun Şanlı Qələbə tarixinin yazılmasının şahidi olduğum üçün qürur duyuram.
   30 illik davam edən siyasi danışıqlar heç bir nəticə vermədi. Bununla yanaşı Ermənistan Baş Naziri Qarabağda at oynadır, bütün dünyaya “Qarabağ Ermənistandır nöqtə” deyərək bizim hisslərimizlə oynayırdı. Ali baş Komandan bütün mülahizələrə nöqtə qayaraq, “Qarabağ Azərbaycandır Nida” şüarı bizim ordumuzun adını hərb tarixinə qızıl hərflərlə yazdı.
   44 gün davam edən müharibə bitdi, Azərbaycan Qalib gəldi. Ölkə başçımız, Prezident cənab  İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Hər bir vətəndaş kimi, biz əsgərlər də bu səfəri sevinc  göz yaşları ilə izlədik.
   Bu müharibədə keçdiyim Goran, Fizuli, Qubadlı, Cəbrayıl və Zəngilan uğunda gedən döyüşlərdə əsgərlərimizin gəhrəmanlıqları göz önümdədir. Mənimlə çiyin-çiyinə döyüşən əsgər yoldaşlarım hərə bir qəhrəmandır.
   Qəhrəmancasına həlak olmuş öz əsgər yoldaşlarımın məzarını ziyarət etək ilk işimiz olacaq. Hər bir şəhidimizin qəbri önündə hesabat verib, bildirəcəyik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qalib gəldik, qanın yerdə qalmadı şəhidim!
   Qürurverici məqam odur ki, Ali Baş Komandanımız üçtərəfli bıyanatı imzaladı və torpaqlarımızın qalan hissəsini qan tökmədən geri aldı. Bizim Prezidentimizin məsuliyyətli davranışını və mülki əhaliyə qarşı müharibənin aparılmadığını onun böyük humanist olduğunun sübutudur. Ali Baş Komandanın əmri ilə mülki əhaliyə atəş açmayan ordumuz məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan  ölkənin ordusu olduğunu isbat etdi. Bu gün bütün dünyaya bəllidir ki, bölgəyə sülh gətirən Azərbaycan bu regionun inkişafının təminatçısıdır.
   Azərbaycan Ordusunun əsgəri olmaq bir şərəfdir!
   Fəxr edirəm ki, tarixi müharibənin iştirakçısıyam!
   Yaşasın Azərbaycan Ordusu!
   Yaşasın Ali Baş Komandan!

 

Fərid Abdullayev,
Azərbaycan əsgəri

Keçidlər