Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasın Ali Baş Komandan!

19 noyabr 2020 | 11:00

   Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 16 noyabr tarixində işğaldan azad edilmiş Füzuli və  Cəbrayıl rayonlarına səfər etdilər.
   Bu səfər Ölkə başçımız cənab İlham Əliyevin qələbənin nidasıdır! “Qarabağ Azərbaycandır!” – məsələsi çözüldü və nida işarəsi də qoyuldu.
   Əminəm ki, bu bölgəyə səfər edən ölkə başçımız bu bölgənin inkişaf planını rtıq özü üçün müəyyən edib, aidiyyəti orqanlara müvafiq tapşırıqlarını vermişdir. Tezliklə yurdum Qarabağ yenə də çiçəklənən məkan olacaqdır.
   Müharibə başladı, 44 gün ərzində başa çatdı. Və bir müharibənin fərqli nəticələri oldu. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi.
   “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.
   Təsadüfi deyil ki, bu gün Azərbaycan xalqı sosial şəbəkələrdə Ali Baş Komandana Milli Qəhrəman adının verilməsini istəyir.
   Bütün dünya gördü ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tarix yazan Azərbaycan Ordusunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
   Xalq böyük izdihamla öz Prezidentini qarşıladı. Bütün dünya bu gün Azərbaycan xalqının öz Prezidentinə olan sonsuz sevgi, ehtiramını gördü.
  Yaşasın Ali Baş Komandan!
   Yaşasın Azərbaycan Ordusu!
   Qarabağ Azərbaycandır!

Kəmalə Əliyeva,
166 saylı məktrəbin şagirdi

Keçidlər