Şuşa İşğaldan azad olundu
Bu gün çox böyük bir tarixi gündür. Bu gün Azərbaycanın döyünən ürəyi, Qarabağın göz bəbəyi, Azərbaycanın mədəniyyət ocağı, Azərbaycan musiqisinin beşiyi hətta Zaqafqaziyanın konservatoriyası adlandırdıqları Şuşa şəhərimiz 28 il sonra mənfur düşmənlərimizin işğalından azad olundu.
Bu çox qürur verici bir hissdir. Mən bir Mədəniyyət işçisi olaraq bu sevinci 2 qat daha çox yaşadım.
Çünki mədəniyyət incimiz olan Şuşamıza qovuşduq. Bunu bizə yaşadan Cənab Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq.
Bildiyimiz kimi Şuşada bir çox mədəniyyət xadimlərimiz yetişib. Onlardan Azərbaycanın milli klassik musiqisinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Zülfi Adıgözəlov, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Bülbül, Rəşid Behbudov, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Niyazi kimi bir çox incəsənət xadimlərinin adlarını çəkmək olar.
Şuşa şəhərinin ərazisi bir çox qədim abidələrlə zəngin idi.
Şuşanın işğalı nəticəsində 7 məktəbəqədər uşaq müəssisəsi,22 ümumtəhsil məktəbi, mədəni-maarif, orta ixtisas, musiqi məktəbi, 8 muzeyi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, o cümlədən Şuşa Tarix muzeyi və Azərbaycan xalça muzeyinin filialı məhv edilmişdir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun və müğənni Bülbülün xatirə muzeylərinin fondları düşmənlər tərəfindən qarət edilmişdir. İnşaallah tezliklə biz bunların hamısını bərpa edəcəyik.
Bu gün mədəniyyət ocağı olan Şuşamızın bizə qayıdışı çox böyük sevinc hissidir, qürur hissidir.
Bunu bizə yaşadan Müzəffər Ordumuza, Ali Baş Komandanımıza çox sağ ol deyirik.
Biz Cənab Prezidentimiz İlham Əliyevlə fəxr edirik qürur duyuruq bu günləri bizə yaşatdığı üçün. Biz döyüş meydanında bu qələbəni qazandıq. Bu torpaqları Şəhidlərimizin qanı bahasına aldıq. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. O cümlədən yaralı əsgər və zabitlərimizə allahdan şəfa diləyirik.
Doğma Qarabağımıza şanlı bayraqlarımızı asacağıq!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinun Fond Müdiri,
YAP Qaradağ rayon təşkilatının üzvü