Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dediyi kimi “ Dünənin,bugünün və gələcəyin partiyasıdır”
Bugün Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ci il dönümüdür.Yeni Azərbaycan Partiyası “91-lər”in müraciəti əsasında 1992 - ci ildə noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 500 nəfərdən ibarət təşəbbüs qrupunun iştrakı ilə yaranmışdır.
28 illik zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir.Bugünkü nailiyyətlərimiz,bugünkü uğurlarımız,bugünkü iqtisadi,siyasi sahədə əldə etdiyimiz qələbəmiz,ordumuzun əldə etdi qələbələr əlbətdəki,Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya söykənir.O strategiyanı uğurla həyata keçirən Prezident İlham Əliyev (yuxarıda sadaladıqlarımız) bütün bu nailiyyətlərin əldə olunmasına bir başa rəhbərlik edir.
Prezident İlham Əliyev həm ölkə Prezidenti,həm Ali Baş Komandan eyni zamanda Yeni Azərbaycan Partiyasının sədri kimi bütün fəaliyyətini Azərbaycan xalqının istəklərinə,arzularına və onun reallaşmasına yönəldibdir.Biz bugün hərbir Azərbaycan xalqı özünün liderinin ətrafında sıx birləşərək,onun dahada yeni - yeni nailiyyətlər əldə edəcəyinə inanırıq.Çünki bizim İlham Əliyev kimi çox güclü bir Prezidentimiz var.
Yeni Azərbaycan Partiyası cəmiyyətdə çox böyük nüfuz qazanan,çox böyük siyasi məsuliyyəti öz üzərində daşıyan partiya olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə dahada möhtəşəm uğurlara imza atacaq.
Yaşasın Yeni Azərbsycan Partiyası!
Yaşasın Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu Ulu Öndər Heydər Əliyev!
Eşq olsun partiyanın sədri Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə!
Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinun Fond Müdiri,
YAP Qaradağ rayon təşkilatının üzvü