Müşfiqabad qəsəbəsində səyyar görüş
26 aprel 2013-cü il tarixində Müşfiqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbə sakini iştirak etmişdir. Görüşə gəlmiş qəsəbə ağsaqqalları görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı və görüləcək işlər barədə məlumat verilmişdir.