Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra hakimiyyəti başçısı qəsəbə inzibati ərazi vahidlikləri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirdi

19 noyabr 2020 | 11:00

   18 noyabr 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə əlaqədar online müşavirə keçirildi.
   Müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlər barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və dezinfeksiya işlərinin gedişi müzakirə olundu. 
  Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə də yaşı 65-dən yuxarı olan tənha şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, rayon əhalisinin şəxsi gigenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına dair tapşırıqlar verildi. 
  Sakinlər ilə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə  də toxunan S.Mikayılov bu sahələrdə qanunazidd hallara yol verilməməsini  ciddi surətdə  tapşırdı.
   Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırılması bir daha qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin diqqətinə çatdırıldı.

Keçidlər