Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları video qəbul formatında dinlədi

18 noyabr 2020 | 11:00

 18 noyabr 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə növbəti dəfə video-qəbulu keçirilmişdir.
   Video-qəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak etmişlər.
  Onlayn qəbulu giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərini salamlayaraq, bütün rayon sakinlərini Qələbə münasibəti ilə təbrik etdi! Bildirdi ki, üçtərəfli bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir.  Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz  qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
   Daha sonra qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

   Video qəbulda  ümumilikdə 7  nəfər rayon sakini fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilmişdir.
  Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
   Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər