Xöşbəxtəm ki, həm birinci, həm ikinci Qarabağ müharibəsinin iştirakçısı oldum
Bu yazıları yazarkən, çox xoşbəxtəm! Şuşa azad olundu! Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət etdi! Sevinc göz yaşları ilə dinlədim onun çıxışını!
Bu gün əminəm ki, mənimlə çiyin-çiyinə döyüşmüş və şəhid olmuş hərbiçi yoldaşlarımın qisası alınmışdır. Onları qanları yerdə qalmadə.
2020-ci ilin noyabr ayının 10-u ölkəmiz üçün tarixi bir gün oldu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Əminəm ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.
Hamıya bəllidir ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
Alı Baş Komandanın sözü ilə desək: “Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!
Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.”
Biz Azərbaycan Ordusunun əskər və zabitləri, Ali Baş Komandanın əmrinə əsasən “İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq”
Bu gün hər bir Azərbaycanlı cənab Prezidentin dediyi sözlərə şərikdir: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”
Azərbaycan Qalib gəldi. O öz torpaqlarını işğalçı tapdağından azad etdi!
Çox xoşbəxtəm ki, mənim də bu Böyük QƏləbədə bir payım var!
Ali Baş Komandan, əmrindəyik!
Əminik ki, sənin rəhbərliyinlə Azərbaycan hələ çox uğurlara imza atacaqdır!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Azərbaycan əsgəri Ali Baş Komandanın əmrindədir!
Yaşasın Ali Baş Komandan!
Şirinov Vasif Əli oğlu,
Birinci Qarabağ müharibəsinin qazısı,
hal-hazırda həqiqi xidmətdə olan zabit