Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir
25 aprel 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatıçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, YAP Qadınlar Şurası sədrinin müavini Məhəbbət İbrahimova, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə öncə qonaqlar Fəxri xiyabana gedərək ilk öncə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər gül dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirdilər.
Giriş nitqi ilə tədbiri açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev yaradıcı əməyi və böyük xidmətləri ilə Azərbaycan elminin və səhiyyəsinin tarixində silinməz izlər qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın həyatına geniş nəzər saldı. Akademik Zərifə xanım Əliyevanın alim, həkim, pedaqoq və insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolunu gələcək nəsillər üçün mənəviyyat məktəbi kimi səciyyələndirdi.
Daha sonra çıxış edən qonaqlar oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdılar. Qeyd edildi ki, Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, Vətəninə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi də yaddaşlarda qalmış, ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdən olmuşdur.
Onun həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olduğu xüsusi ilə vurğulanmışdır.