Vətən gözün aydın!
Torpaqlarımızın işğalda olması ilə heç vəchlə barışmırdım. 30 ilə yaxın bir müddətdə sanki yeyib-içdiyim haram idi, qəlbimdən qara qanlar axırdı.
Döyüşlərin başlanmasını eşidərkən çox həyacanlı idim. İlk qələbə xəbərlərini eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Hər dəfə yeni qələbə xəbərləri, yeni azad olunan torpaq. Ali Baş Komandandan müzəffər ordumuzun qələbə xəbərlərini eşitdikcə inanırdım ki, qələbəmiz çox yaxındadır. Misli görülməmiş taktiki hücumlar öz bəhrəsini verdi!
Bu töhmət üzərimizdən götürüldü, əsarət altında olan torpaqlarımız Ali Baş Komandanın başçılığı və ordumuzun müzəffərliyi ilə azad oldu.
1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi Ali Baş Komandana, zabit və əsgərlərimizə təşəkkürümü bildirirəm.
Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm
Vətən gözün aydın!
Gözün aydın Əziz xalqım!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Quluzadə Qurban
Müharibə veteranı,
ehtiyatda olan polis polkovnik leytenantı