Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili həmrəylik milli birlik vahd amal uğrunda birləşməyimiz

14 noyabr 2020 | 11:00

    "Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki, belə planlar var idi, belə cəhdlər var idi". Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib. Bildirib ki, biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
     Bəli, Vətən yolunda əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırdı. Heç kəs Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim bizi təhqir edə bilməz. Dövlət başçısının dediyi kimi, edərlər, dərsini də alarlar. Necə ki, aldılar. Ermənistan baş naziri Paşinyan bilməli idi ki, Cıdır düzündə rəqsə eləyib, Azərbaycan xalqının hissləri ilə oynayanda axırı belə olacaq.Müzəffər Orudumuz onlara dərs verdi, onları diz çökdürdü. İşğal edilmiş ərazilərimizi qarış-qarış azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz qızıl hərflərlə tarixə həkk olundu. Noyabrda qeyd edilən zəfər günlərinə biri də əlavə edildi. 10 Noyabr tariximizə, təqvimizə Qələbə günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük Vətən müharibəsi Böyük Zəfərimizlə, Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbəni  siyasi-diplomatik müstəviyə daşıdı. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir. İmzalanmış bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. 10 noyabr bənayatı Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi  mərhələnin başlanğıcı oldu.  Onu da qeyd etmək yerinə düşərdi ki, şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır.  Ali Baş komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq  olması onun bütün bu vəzifələrin öhdəsindən şərəflə gəlməyinin əsasını qoyub.


Verdiyeva Zöhrə
139№ li tam orta məktəbin tarix müəllimi

Keçidlər