Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib Azərbaycan

12 noyabr 2020 | 11:00

   Sentyabrın 27-dən ölkəmizdə Vətən müharibəsi başladı. Möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü  Azərbaycanın tarixi qələbəsini təmin etdi. Yeni tarixi salnamə yazan prezidentimiz və düşmənə dağ çəkdirən Azərbaycan oğulları öz canları, qanları bahasına qələbə sevincini xalqımıza yaşatdılar. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ  münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini  darmadağın etdi. Düşmən texnikası tam məhv edildi: canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ağır məğlubiyyətə uğrayan Ermənistan  təslim oldu. Ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda  dövlət qurmaq arzusu alt-üst edildi, hətta danışıqlarda ermənilərə “status” məsələsinə də birdəfəlik son qoyuldu.
    Artıq proseslərdə  şərt qoyan, diktə edən tərəf Azərbaycandır. Mühüm məsələlərdən biri budur ki, həm Rusiya, həm də Türkiyənin müdaxilə etmə imkanı olacaq. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin  artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
   Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək uzun illər davam edən işğala son qoyuldu. Bütün ərazilərimiz erməni silahlı qüvvələrindən azad edildi və Ermənistan – Azərbaycan Dağlıq  Qarabağ  münaqişəsinə son qoyuldu.
   Yaşasın Azərbaycan!
   Yaşasın xalqımızı, torpaqlarımızı qoruyan əzəmətli tarix yazan  Ali Baş Komandımız !
   Yaşasın Azərbaycan Ordusu!

Kərimova Nərgiz  Əli qızı
110 saylı məktəbin

Keçidlər