Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəyə aparan yol

12 noyabr 2020 | 11:00

   Uğura aparan yol zəhmətdən keçir. Müvəffəqiyyət heç vaxt gözlədiyimiz yerə gəlməyəcək. Bunun üçün çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməliyik. Necə ki, bizim Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı əzmlə istədiyimiz kimi...
   Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlham Əliyev də hər zaman deyirdi: “İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasın”. Məhz elə bu məqsədlə də Prezidentimiz Ali Baş Komandan Cənab İlham Əliyev öncə iqtisadiyyatımızı gücləndirməyə çalışmış, ordumuzun güclənməsi üçün əlindən gələn hər şeyi etmişdir.
   Azərbaycan cəmiyyətini qələbəyə kökləmək, onlara qələbə ruhunu aşılamaq, qələbə vərdişi yaratmaq cənab İlham Əliyevin daxili siyasətinin tərkib hissəsi olmuşdur. Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, qarşılıqlı hörmət və bərabərtərəfli munasibətlərin qurulması, Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transmilli layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, qüdrətli dövlət kimi təqdim etmişdir.
   Ordu quruculuğu hər zaman ölkə prezidentinin dövlət siyasətinin əsas məsələsi olmuşdur. Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur. Azərbaycan ordusu  hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır.
    Bəli, əsl qələbə qazanmağın vaxtı idi. İqtisadiyyatı güclü olan, qonşularıyla yaxın münasibətlərini quran, güclü ordusunu yaradan,dünya səviyyəsində güclü ölkə kimi tanınan Azərbaycan artıq Qarabağımızı geri qaytarmaq iqtidarında idi. Əsl məqam yetişmişdi. Ali Baş Komandanımızın əmri ilə torpağımızın yetişdirdiyi cəngavər, qorxmaz igidlərimiz qorxmadan, ürkmədən döyüş meydanına atıldılar. Azərbaycan gənci bayraq üçün, torpaq üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu  qəhrəmanlıqla nümayiş etdirdi.
   İndi bizim üçrəngli bayrağımız Şuşada, Qarabağın bütün rayon və şəhərlərində dalğalanır. Niyə qürurlanmayaq axı!? Riyakar, satqın ikiüzlü Ermənistan dövlətinin əsl mahiyyəti üzə çıxdı. Eyni zamanda Azərbaycan dövləti öz gücünü, qüdrətini, döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim etdi.
   QƏLƏBƏN MÜBARƏK, AZƏRBAYCAN!
   QARABAĞ AZƏRBAYCANDIR!                           

         Orucova Turanə
233 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər