Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsi xalqımız üçün vətən müharibəsidir

07 noyabr 2020 | 11:00

    2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan II Qarabağ müharibəsi artıq bir aydan çoxdur ki, davam edir. Ali baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun əmri ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhfələr yazılır, sülh yolu ilə getmək istəməyən erməni terorçuları indi məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizlənir. 27 ildir ki, düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir –birinin ardınca azad edilir. 1 ay ərzində 165 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçe yüksəklik əldə edilmiş, düşmənin 2 milyarddan çox hərbi texnikası məhv edilmiş və hərbi qənimət kimi götürülmüşdür. İşğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin  qanı ilə yazılan zəfər müjdəsidir.
    Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Azərbaycan Ordusunun yüksək peşakarlığına və Vətənə bağlılığına güvənir, ona arxalanırıq. Otuz ilə yaxındır ki, mənfur düşmən torpaqlarımızın iyirmi faizini işğal altında saxlayırdı. Bu illər ərzində dövlətimiz münaqişənin dinc yolla həlli üçün əlindən gələni etsə də, işğalçı Ermənistan hər dəfə təbliğata əl atdı. Prezident İlham Əliyev beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Ermənistanın hər dəfə işğalçılıq siyasətini dünyaya çatdırır, Azərbaycanın haqlı mövqeyini bəyan edərək, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmək hüququnu dönə-dönə xatırladırdı.
    Bu gün isə dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətinin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Bir aydan çoxdur ki, Komandan –Ordu birliyi öz sözünü deyir. Çünki bu günki Vətən müharibəsində, bizim haqq mübarizəmizdə əsas gücümüz birliyimizdir. Mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Bu günki hərbi uğurlarımızda Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə təmkinlə həyata keçirildi. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.
     Beleliklə, dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyev BMT-nin 27 il əvvəl qəbul etdiyi qətnamələri bu gün özü yerinə yetirir. Uğurlarımıza görə Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu başda olmaqla hər kəsi təbrik edir, hər birimizin tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmasını arzu edirəm.

 

Həmidova Kübra
139№ li məktəbin ingilis dili müəllimi

Keçidlər