Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa bizimdi, bizimdi!

08 noyabr 2020 | 11:00

Yaxın, uzaq ellər bilsin,

Şuşa bizimdi, bizimdi!

Dost sevinsin, düşmən ölsün,

Şuşa bizimdi, bizimdi!

 

Qarabağa düşüb yolum,

Açılıbdir sağım, solum,

Mən Şuşaya qurban olum,

Şuşa bizimdi, bizimdi!

 

Ər Ali Baş Komandanım!

Rəcəb Tayyip Ərdoğanım!

Hər ikisi mənim canım!

Şuşa bizimdi, bizimdi!

 

Gözlər gülür, ruh sevinir,

Gah kövrəlir, gah sevinir,

Mİllətimiz çox sevinir,

Şuşa bizimdi, bizimdi!

 

Sorağı qədimdən gəlir,

Düşmənin bağrını dəlir,

Yer də bilir, Göy də bilir,

Şuşa bizimdi, bizimdi!

 

Munis Bayram

08.11.2020

Keçidlər