Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclik vətəndaş cəmiyyəti və sosial mediada düşmənlə üz-üzə

05 noyabr 2020 | 11:00

      Prezident İlham Əliyev : "Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
    Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı.  Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir.  Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi  ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla  son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
   Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.
   Bildiyimiz kimi, vətəndaş cəmiyyəti  cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olaraq azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların özünümüdafiə sferasıdır. Hazırki dövrdə ölkəmizdə  "birlikdə güclüyük" şüarı altında çox böyük vətəndaş cəmiyyətləri formalaşıb. Artıq torpaqlarımızın işğaldan azad olunması və qələbəyə hədəflənən məqsədlər uğrunda istənilən sferada gedən savaşlar kollektiv layihədir. Bütün bunlar isə sosial mediada  aydın görünür.
   Düşmənlərin sosial mediada apardığı təxribat propaqandası daha aktualdır və daha təhlükəlidir. Sevindirici haldır ki,  azərbaycanlı gənclər #KarabakhisAzerbaijan, #StopArmenianAgression həştəqlərini dünya trendi etməyi bacardılar. Belə ki, ermənilərin sosial media şəbəkələrində dezinformasiyalar yaymasını hiddətlə qarşılayan azərbaycanlı diaspor gəncləri, vətənsevər könüllülər birlikdə  sosial şəbəkələrdə, xüsusilə, Twitterdə ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşmağa başladılar. Gənclərimiz Facebook və Tvitterdə Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, facebook.com və twitter.com sosial şəbəkələrində 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar.
   Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində  twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb ki, bu da ümummilli məsələlərdə azərbaycanlı gənclərin birliyinin bariz nümunəsidir.
   XXI əsrdə dünya öz işini informasiya üzərində qurur. Lakin informasiya həm də texniki silahlardan daha sürətli yayılan "silahdlr". Məsələn, Böyük Britaniya ənənəvi silahları (məsələn tank) modernləşdirməkdənsə, daha müasir silahların, əsasən də kibermüharibə silahlarının (cyberwarfare) tətbiqinə və kibersilahlanmaya üstünülük verir. Kİber müharibə informasiya müharibəsində əsas silaha çevrilməkdədir və ya artıq çevrilib. Azərbaycana isə hər iki silah növü lazımdır.
   Hazırda dünya mediasının bir çoxu, xüsusən də, qardaş Türkiyə Azərbaycanın - ədalətin yanındadır. Cənab Prezidentimizin dediyi kimi: "Bizim işimiz haqq işidir".
   Azərbaycan dövləti öz taleyini özü dəyişdirəcək qədər güclüdür! Buna mövcud durumda Rusiyanın mövqeyi və Ermənistanda baş verəcəklər barədəki proqnozlar da sübutdur:
   1. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun bütünlüklə azad edilməsi Rusiyanın Ermənistandan tələbidir
   2. Rusiya Dağlıq Qarabağa hərbçilərin yollamayacaq, Ermənistana hərbi yardım etməyəcək
   3. Qarabağ problematikası müstəvisində Türkiyəyə uduzduğunu anlayan Rusiya indi Azərbaycanı itirməmək üçün İrəvana sərt təzyiqlər edir, danışııqlara gedilməsini və sülh müqaviləsinin imzalanmasını tələb edir
   4. Nikol Paşinyan heç bir halda Rusiyannın tələbləri iəl razılaşmayacaq. Bunun üçün Rusiya "B" planını işə salacaq. Həmin plan müdafiə naziri David Tonoyanın kənarlaşdırılmasını, Moskvanın kreaturasının həmin posta təyinatını nəzərdə tutur.
    5. Paşinyan Moskvanın tələblərini qəbul etməsə, devriləcək.
   Terrorizm real qalibiyyətə yolu bağlananların əl atdığı zəiflik strategiyasıdır. Ən azından, keçmiş illərdə böyük maddi zərər vurmaqla deyil, qorxu yaratmaqla işləyirdi. Terrorçuların bir orduya qalib gəlmək, hər hansı ölkəni işğal etmək və ya şəhərləri məhv etmək üçün gücləri yoxdur. 2010-cu ildə bütün dünyada piylənmə və bununla bağlı xəstəliklər, təxminən, 3 milyon insanın həyatına son qoyduğu halda terrorçular cəmi 7697 nəfəri öldürmüşdür.
   Erməni toplumunun bir ənənəsi də  var ki, o da xəbislik, həsəd, acgözlük, nanəciblik, namərdlik kimi mənfi, aqressiv xüsusiyyətlərin vəhdətində uzun illərdir erməni yığını tərəfindən davam erdirilir. "Əsrlərdir" ona görə yazmadım ki, bu etnik yığıntının daha uzaq keçmişdə kim olduğu bəlli deyil. "Harese" ərəb dilində köhnə bir sözdür. Bildiyimiz o "həsəd, haris, hirs, ehtiras" sözləri buradan gəlir. "Harese" bu deməkdir: Dəvələrə "səhra gəmiləri" deyirlər çünki, bu heyvan üç həftə yemədən, içmədən, ac, susuz çöldə gəzir, yəni, çox dayanıqlı heyvanlardır. Amma dəvələrin səhrada çox sevdikləri bir tikan var. Gördükləri yerdə, bu tikanı qoparıb çeynəməyə başlayırlar. Bu kəskin tikanlar dəvənin ağızında yaralar açır, bu yaralardan qan axmağa başlayır. Duzlu qan ağızda tikanla qarışdıqca, bu dad dəvənin daha da xoşuna gəlir. Beləliklə, yedikcə qanayır və qanadıqca yeyir. Heç cür öz qanına doya bilmir və əgər bundan qurtula bilməzsə, dəvə qan itkisindən ölür.
    Bunun adı "harese"dir. Bütün ermənilərin də  adəti budur, doyunca bir-birlərini öldürərlər, amma əslində özlərini öldürdüklərini anlamazlar. Və öz qanlarının dadından doymazlar...

Səkinə Rzayeva
Qaradağ rayonu Əliheydər Kazımov adına
228 saylı tam orta məktəbin direktoru

Keçidlər