Qarabağ Azərbaycandır!
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ böyük Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə - 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4.4 min km2 ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da həmin ərazidə seperatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır. Erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 0600 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Bu , artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də , işğalda olan Füzuli və Cəbrayıl rayonlarındakı 7 kəndimiz , Murovdağ zirvəsi Modagiz ətrafdakı yüksəkliklər ordumuz tərəfindən işğaldan azad edildi.
Rəşadətli ordumuzun hücumlarından hiddətlənən mənfur düşmənlər müharibə zonasında olmayan Gəncə şəhərini raket atəşinə tuturlar. Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərinin raket atəşinə tutması və törətdiyi terror nəticəsində çoxlu sivil və mülki şəxslər həyatını itirdi. Bunların içərisində az yaşlı uşaqlar, qadınlar, yaşlılar belə vardır.
Mənfur düşmənlərin ikinci dəfə Gəncə şəhərini atəşə tutması nəticcəsində 3 uşaq hər iki valideynini itirir. Çoxlu dağıntılara səbəb olan düşmən hücumunda bir çox mülki insan həyatını itirir.
Düşmən artıq məğlub olduğunu anlayaraq, yenə mənfur siyasətindən geri qalmır. Bu dəfə yenə döyüş ərazisində olmayan Bərdə şəhərini "Smerç" raketi ilə atəşə tutur. Bu raket hücumu nəticəsində ölənlərin sayı 14-ə catıb, 40-dan çox insanın yaralandığı bildirilir. Daha sonra 21 nəfərin həlak olduğu, 60-dan çox şəxsin yaralandığı, xeyli sayda yaşayiş ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəydiyi qeyd olunur.
Bununla, Ermənistan təcavüzkar hərəkətləri ilə beynəlxalq hüququ pozurlar. Özlərinin terrorçu dövlət olduğunu bir daha dünyaya sübut edirlər.
Inanırıq ki, tez bir zamanda şanlı Azərbaycan Bayrağı işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözləri ilə desək "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"!
Eyvazova Badisəba
139 saylı tam orta məktəb müəllimi