Gəncəyə edilən hücumlar insanlığa qarşı cinayətdir
Döyüş meydanın da sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Aralarında uşaqlar, qadınlar və qocalar olmaqla, 60-dan çox mülki şəxs bu barbar hücumların qurbanı olub, 300-ə yaxın insane yaralanıb, minlərlə ev, yaşayış binası və infrastruktur obyekti dağılıb. Gəncəyə edilən son hücum öz amansızlığına görə xüsusilə fərqlənir. Oktyabrın 17-də gecə saatlarında bütün dünya Ermənistan silahlı qüvvələrinin, Paşinyan rejiminin növbəti terror aktının şahidi oldu. Azərbaycanın ən böyük şəhəri olan Gəncə düşmənin xain hücumuna məruz qaldı. Gecə saatlarında insanlar yuxuda olarkən yaşayış məhəlləsinə atılan “Skad” tipli ballistic raket böyük dağıntılara səbəb olub, 13 insanın ölümü, 54 nəfərin yaralanması ilə nəticələnib. Ölənlərdən 4-ü qadın, 3-ü azyaşlıdır. Qətlə yetirilən uşaqlar arasında məktəblilər, hətta dünyaya yeni göz açmış körpə var. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilən terror aktları və müharibə cinayətləridir, bəşəriyyətə qarşı cinayətdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu cinayəti, Xocalı soyqırımı ilə müqayisə etdi. Hikmət Hacıyevin sözlərinə görə bu, 1992-ci ilin Xocalı faciəsindən sonar Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir.
Ermənistanın raket hücumunun niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən terror aktı törətmək idi. İlk dəfə yüksək dağıdıcı ballistic “Skad” raketini istifadə edərək, Ermənistan silahlı qüvvələri mümkün qədər çox itki və dağıntılara səbəb olmaq niyyəti ilə əhali arasında qorxu və fəsad yaratmağa nail olmaq istədilər. 1949-cu il dördüncü Cenevrə Konvensi-yasına əsasən, bu, müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Bu cür vəhşi hərəkətə heç bir halda bəraət qazandırıla bilməz, çünki heç nə mül¬ki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandıra bilməz.
Gecə saatlarında evində yatan dinc sakinlərin, o cümlədən körpələrin, yaşlıların qətlə yetirilməsinin məqsədi kifayət qədər aydındır. Bəli, əsas məqsəd döyüş meydanındakı uğursuzluqları ört-basdır etməkdir. Ermənistandan fərqli olaraq, Azərbaycan mülki erməni əhaliyə münasibətdə humanist yanaşma nümayiş etdirir, Ermənistandan fərqli olaraq döyüş meydanında savaşır, Ermənistandan fərqli olaraq, hədəfi dinc əhali deyil, əlində silah tutan düşmən qüvvəsidir.
“Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək.” Bu fikirləri Prezident İlham Əliyev deyib. Bildirib ki, BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.
“Beşikdə olan körpələrimizi belə qorxuda bilməzlər.” Bu fikirləri Gəncədə törədilən terror aktı nəticəsində zərər görmüş Gəncə sakini söyləyir. Bu gün bu sözləri nəinki gəncəlilər, bütün Azərbaycan xalqı söyləyir. Xalqımız isə düşmənin heç bir təxribatından qorxmur və mərd-mərdanə şəkildə ədalətli mübarizəsini davam etdirir.
Verdiyeva Zöhrə
139 saylı orta məktəbdə tarix müəllimi