Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə terroru

29 oktyabr 2020 | 11:00

    Bərdə yenə də Ermənistan ərazisindən raket atəşinə tutulub, 21 dinc vətəndaşımız həlak olub, 70-dən çoxu yaralanıb. Dinc əhalinin yaşadığı şəhərlərin atəşə tutulması hərbi cinayətdir. Onlar qəsdən mülki əhaliyə hücum edirlər ki, Qarabağdakı münaqişə Ermənistan Azərbaycan arasındakı qarşıdurma çərçivəsindən kənara çıxsın, münaqişəyə Rusiya və Türkiyə də cəlb edilsin. Ordumuz cəbhədə irəlilədikcə onlar bunun heyfini dinc əhalidən – uşaqlardan, qadınlardan çıxırlar. Xalqımız bunu heç vaxt ermənilərə bağışlamayacaq! Azərbaycan Ordusu isə uşaq qatili olmadığını dünyaya bildirir, Ermənilərin cavabını hərb meydanında verir.
   Azərbaycana qarşı bu qədər haqsızlıqlar var - uşaqlar öldürülür, mülki vətəndaşlarımız həlak olur - dünyada insan haqları müdafiəçisi olan təşkilatlarsa susurlar. Erməni təəssübkeşi olduqlarını, müsəlmanlara nifrət etdiklərini gizlədə bilmirlər. Azərbaycan öz torpaqlarını işğalçılardan azad etməyə başlayanda isə beynəlxalq hüquq yadlarına düşür.
   Bütün təzyiqlərə baxmayaraq Azərbaycan Vətən müharibəsini uğurla davam etdirir. Bakı hər hücuma Dağlıq Qarabağın işğaldan yeni ərazilərinin azad edilməsilə cavab verir. Işğaldan ərazilərimizin tamamilə azad edilməsi və düşmənin sonuncu silahlı qüvvəsinin məhv edilməsi Azərbaycandan Ermənistana veriləcək ən ədalətli cavab olacaqdır.
   Ordumuz əsas məqsədə, hədəfə yaxınlaşır. Laçında, Şuşada düşmən mühasirəyə düşmək üzrədir, ermənilər uduzduqlarını bilirlər, ona görə quduz itə dönüblər. Uşaqlarımızın, dinc şəhərlərimizin üstünə gedirlər, ölümqabağı son pisliklərini etməyə çalışırlar. Xalqımız isə ruhdan düşmür, acılara mərdliklə sinə gəlir. Bütün gücümüzü, qüvvəmizi toparlayıb Azərbaycanı birdəfəlik erməni quduzlarından təmizləməyə doğru irəli gedirik.
   Allah xalqımıza yar olsun!

   Allah Prezidentimizi, əsgərlərimizi qorusun!

   Biz haqq yolundayıq, haqq qalib gələcək!


Mətanət Quliyeva
müəllim

 

Keçidlər