Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda monitorinqlər davam etdirilir

27 oktyabr 2020 | 11:00

   Qaradağ rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə  karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.

    Monitorinqlər zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.

   Qaradağ Rayon İcra Hakimiyyətinin mobil qrupları əhalinin sıx olduğu yerlərdə mütəmadi maarifləndirmə işləri  aparır və qoruyucu maskalar paylanılır. Karantin rejimi ilə əlaqədar Qaradağ rayonu ərazisində monitorinqlər davam edir.

 

Keçidlər