Tariximizin ən şərəfli səhifəsi
Vətənimiz son bir ayda tarixinin ən şərəfli günlərini yaşayır. Milliyyətindən, dinindən, yaşından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının ürəyi Qarabağla döyünür. Qəhrəman əsgərlərimizdən gələn qələbə xəbərlərini gözləyirik. 30 ildir davam edən ədalətsizlik bərpa olunur. Bu ədalətsizliyi biz millət olaraq özümüz, tək başına bərpa edirik. Prezidentimizin son müraciətində dediyi kimi, 26 ildir nəticəsiz danışıqlardan təngə gəlmişik. “Qarabağ məsələsinin hərbi həlli yoxdur” deyən erməni havadarlarına göstəririk ki, boş yerə uzadılan lazımsız danışıqlar sıfır nöqtəsindən tərpənməyəndə biz öz gücümüzlə torpaqlarımızı təmizləmək iqtidarındayıq.
Cəbhədə azğın və qudurğan düşmənlə ordumuz ləyaqətlə döyüşür və onları torpaqlarımızdan qətiyyətlə qovub çıxarır. Alçaq düşmən isə ordumuz qarşısında duruş gətirə bilməyib acığını dinc əhalidən, günahsız körpələrdən çıxır. Budur əsl erməni xisləti !!! İllərdir özünü “əzabkeş” kimi dünyaya sırıyan mənəviyyatsızların maskası artıq cırılmışdır! Çünki biz eyni zamanda informasiya müharibəsində uğurla irəliləyir, bütün maneələri yararaq ermənilərin əsl simasını göstəririk.
Dünyanın aparıcı mediya nümayəndələrinə möhtərəm prezidentimizin verdiyi müsahibələr erməni havadarlarının başına ildırım kimi çaxmışdır. Çünki prezidentimiz hamısının iç üzünü açıb göstərir! Müdafiə olunmur, hücum edir, hamısından hesab sorur. Sözün əsl mənasında iti zəkasıyla qılıncdan keçirir!
Azərbaycan vətəndaşı olaraq prezidentimizin hər çıxışını, hər müsahibəsini böyük sevinc və həyəcanla gözləyir və izləyirik. O, bütün dünyaya xalqına arxalanan dövlət başçısının nümunəsini göstərir. Söylədiyi hər sözün, hər kəlmənin arxasında xalqın imzası var! Xalqımız həmişə Prezidentimizə dayaqdır! Bu birlikdən qürur duyuruq və inanırıq ki, İnşallah bizi böyük qələbəyə, torpaqlarımızın hər bir qarışının azad olunmasına aparacaq!
Allah bu birliyimizi qorusun!
Qarabağ Azərbaycandır!!!
Hüseynova Reyhan,
təqaüdçü