Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur
Azərbaycanda iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu da onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi.
Müharibədən sonrakı mərhələdə işğaldan azad olunmuş ərazilərdə də iqtisadi inkişaf, quruculuq işləri aparılacaq. İqtisadi inkişafı təmin etmək üçün Qarabağda turizm və kənd təssərüfatı inkişaf etdirilməlidir.
Qarabağda sülhü uzunmüddətli və qazanclı etməyin isə yolu budur ki, orada mütləq və mütləq Azad İqtisadi Zona yaradılmalı, dünya kapitalı cəlb olunmalı, turizmlə həvəskarlar deyil, profesionallar məşğul olmalıdır.
Şuşanın, Laçının İsveçrədən heç nəyi əskik deyil. Həm yay, həm də qış turizminə uyğundur. Oralarda Monako tipli əyləncə mərkəzləri, hətta kazinolar, 5 hektarda adi istirahət mərkəzi yox, Hilton və ya Exxelsior tipli hotellər inşa edilə bilər.
Zəngilanda, Avropanın ən böyük Çinar ağacı qoruğu var, deməli böyük sanatoriyalar olmalı, Kəlbəcərdə isə daha strateji infrastruktur düzəldilməlidir.
Ağdamda regionun ən böyük Molları və Toyota zavodu, Xocavənddə İtalyan şərabları, Ağdərədə Qarabağı günəş enerjisi ilə təmin edəcək sentrallar, Cəbrayılda Samsung fabriki, Xocalıda regionun ən böyük Beynəlxaq aeroportu tikilməlidir və s. Şübhəsiz ki, bu işdə global güclərin maliyyəsinə də ehtiyac olacaq. Deməli, Azərbaycanda ikinci “əsrin müqaviləsi” Qarabağ Azad İqtsadi Zonasında imzalanmalıdır. Qarabağın yerli əhalisi 30 ildir əziyyət çəkən, şəhid verən ailələr bundan sonra böyük şirkətlərin vergiləri hesabına rahat və firavan yaşamalı, həyətlərində tikəcəkləri butik-hotellərdən gələn pulla gələcəklərini təmin etməlidirlər.
Prezidentimizin vurğuladığı kimi : "Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir". Prezident İlham Əliyev Qarabağ müharibəsində şəhid olan, yaralanan bütün hərbçilərin kreditlərinin və faizlərinin sıfırlanması haqqında göstəriş verib.
İnsanlıq bəşər tarixnin son 3400 ilinin, 3132 ilində müharibə etmiş, silah işlətmiş, ərazi və sərhəd dəyişmişdir. Qalan 268 ilində isə elmə yatırım edib, yeni növ silahların kəşfinə çalışmışdır. Azərbaycan Respublikası isə müharibə istəmir və o öz ərazi bütövlüyünü bərpa etmək üçün sülhə məcbur edir. Bunun üçün də kifayət qədər hazırlıqlıdır.
Ölkəmiz bütün sahələrdə, o cümlədən də, iqtisadi baxımdan öz təhlükəsizıiyini təmin etməyə çalışır. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin bir çox iqtisadi tərəfdaşlrı ilə görüşüb və Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti, bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib.
Hazırda ölkədə valyuta məzənnəsi də öz stanilliyini qorumaqdadır. Dəyişən yalnız 1,5 və 50 manatlıq əskinazların dizaynı olmuşdur. 20 manatlıq banknot haqqında isə Mərkəzi Bankın sədri Elman Rüstəmov müsahibəaində deyib: “Bizim yeni 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.
Səkinə Rzayeva
Bakı şəhəri Əliheydər Kazımov adına
228 saylı tam orta məktəbin direktoru