Şriftin ölçüsü :

Saytın rəngi :

PREZİDENTƏ MƏKTUB

25 oktyabr 2020 | 11:00

    Cəbhədə əldə etdiyimiz uğurlar və gələn xoş xəbərlər hər bir azərbaycanlını sevindirməyə davam edir. Bununla belə biz untrmamalıyıq ki, müasir dövrdə düşmənlə mübarizə təkcə səngərdə deyil , eləcə də siyasi arenada və sosial mediada aparılır. Beləliklə, bizim haqq işimiz  yalnız torpaqlarımızı  müdafiə etmək deyil, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
    Bu mübarizədə biz heç də yalnız deyilik.  Belə ki, xaricdə yaşayan azərbaycanlılar  yüksək həmrəylik göstərib bizim haqq səsimizi Avropada eləcə də Amerikada səsləndirməyə davam edirlər. Necə ki, Ali  Baş Komandanımız  nəinki səngərdə eləcə də informasiya mübarizəsində bizlərə öndərlik edir. Buna misal olaraq prezidentimizin  Rossiya 1, TRT. CNN TURK. EURONEWS . FOX NEWS və Yaponiyanın  NİKKEİ qəzetinə müsahibəsi xüsusilə diqqətəlayiqdir. Hər zaman olduğu kimi bu müsahibədə də cənab İlham Əliyev yüksək peşəkarlıq və intellekt nümayiş etdirmiş ,  ona ünvanlanan bütün suallara  hərtərəfli  cavab vermişdir.  Bu müsahibələrin bir çoxunun canlı izləyicisi olaraq hətta digər xalqların nümayəndələrinin  prezidentimizin müsahibəyə hazırlıq dərəcəsindən  ağızdolusu danışdıqlarına şahid olmuşam.
Hər bir çıxışında olduğu kimi prezidentimiz xarici media nümayəndələrinə Azərbaycan xalqının aqressor olmadığının, əksinə aqressiyaya cavab tədbirlərinin görüldüyünü  vurğulamaqda davam edir.  Xüsusilə NİKKEİ qəzetinə  müsahibəsi zamanı  jurnalistin hazırki müharibədə üçüncü tərəflərin müdaxiləsinə  dair sualına  verilmiş cavab  erməni diasporasının yersiz fəaliyyətini məhv etmək iqtidarındadır.
Prezidentimizin də vurğuladığı kimi müharibədə heç bir üçüncü tərəf  iştirak etmir. Bu ən azından bizim tərəfdən belədir. Erməni dövlət adamlarının  “erməni əsilli” muzdlu döyüşçülərin müharibədə iştirakı ilə bağlı etdikləri etiraflar  nəinki Azərbaycan xalqını, ümumiyyətlə dünya dövlətlərini də narahat edən bir məsələdir. Qardaş Türkiyə dövlətinin Azərbaycana yalnız siyasi və mənəvi dəstək verməsini qeyd edən  prezident onlar tərəfdən heç bir hərbi müdaxilənin olmadığını  vurğulamışdır.
          Azərbaycanın xarici investisiyalar üçün nə dərəcədə etibarlı və təhlükəsiz  bir məkan kimi qalması məsələsinə toxunan jurnalistə cavab olaraq isə prezident xarici investorların narahat olmasının anlaşılan olduğuna, lakin təhlükəsizliyə dövlət tərəfindən tam təminat verildiyinə diqqət çəkmişdir. Bu isə bizim tarixi təcrübələrimizə dayanan bir təminatdır. Belə ki, Azərbaycan dünya miqyaslı layihələrə hər zaman ev sahibliyi etmiş və bu müddət ərzində dövlətimizə qarşı heç bir mənfi rəy formalaşmamışdır. TAP layihəsinə toxunan prezident onun plana uyğun davam etdirildiyinə xüsusi diqqət çəkərək, bir neçə həftə ərzində tam istifadəyə hazır hala gətiriləcəyinə əmin olduğunu bildirmişdir.
     Xarici tərəfdaşlarla xüsusilə yapon xalqı ilə tarixi əməkdaşlığımızı bundan sonra da davam etdirilməsinə əmin olan prezident hərbi münaqişənin tez bir zamanda bitəcəyini, bütün beynəlxalq layihələrin təsdiq olunmuş dinamika ilə davam edəcəyini vurğuladı.
     İqtisadiyyat əsaslı təhsil alan bir Azərbaycan gənci olaraq mən də dövlətimizin başçısına öz dəstəyimi bildirəm. Ümidvaram ki, işğaldan azad olunmuş torpaqlarımızın intibahı dövründə mən də öz üzərimə düşən öhdəlikləri layiqincə yeri yetirə biləcəm. Azərbaycan xalqının haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında başda prezidentimiz olmaqla ordumuzun əsgərlərinə, bütün dövlət xadimlərinə gələcək fəaliyyətlərində uğur arzulayır və təşəkkürümü bildirirəm.
           Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !
           Eşq olsun Azərbaycan ordusuna !


Hörmətlə    Yusif Huseynov.
(İqtisad universidenti “Sabah” fakultəsinin tələbəsi)

Keçidlər