Şriftin ölçüsü :

Saytın rəngi :

Biz özümüz öz talehimizin sahibiyik.

22 oktyabr 2020 | 11:00

                                                                   Biz azadıq. Biz müstəqilik.
                                                                         Biz sərbəstik. Biz heç kəsdən asılı deyilik.
                                                                         Biz özümüz öz talehimizin sahibiyik.
                                                                         Mənim üçün öz həyatımdan, öz canımdan artıq
                                                                         Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq,
                                                                         onu əbədi etməkdir.

                                                                                                       Heydər Əliyev
     
   İllərdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər MİNSK qrupu tərəfindən həll yolunu tapmamaqdadır.
   Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Amma niyə görəsə bəzi dırnaqarası söz sahibi olan ölkələr susmaqdadır. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Gəncə şəhərini ballistik raket atəşinə tutub.  Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca ikinci dəhşətli hücum nəticəsində 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Azərbaycan xalqına qarşı törədilən bu vəhşilik cinayətdir və Cenevrə Konvensiyasına ziddir.
   Beynəlxalq ictimaiyyəti döyüş bölgəsinə aidiyyatı olmayan, xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terrora, Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa çağırırıq.
   Artıq 30 il ərzində torpaqlarımız düşmən tapdaqları altında qalaraq, tarixi abidələrimiz, yaşayış məkanlarımız amansızcasına dağıdılmışdır.
   Bu gün Azərbaycan ordusu öz səlnaməsini yazır. Qorxudan silahlarını yerə qoyub qaçan erməni əsgəri Azərbaycan ordusunun rəşadətinin, vətəni qorumaq əzminin, gücünün fərqindədir. Azərbaycan ordusu qarşında aciz qalan, bütün cəbhə boyu məğlubiyyətə uğrayan ermənilər öz uğursuzluqlarının acısını  dinc əhalidən çıxarmağa çalışırlar.
   Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazisində döyüşür, ermənilərdən fərqli olaraq mülki əhali ilə müharibə aparmır, tam əksinə, döyüş meydanında düşmənə layiqli cavablar verilir.
   Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə bu gün biz təhsil işçiləri vətənimizin hər qarış torpağının geri qaytarılması üçün verilən təlimata hazırıq. Bütün qəlbimlə qələbənin bizim olacağına inanıram. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

     N.Ə.Mürsəliyev
Bakı şəhəri E.Şirəliyev adına
274 nömrəli tam orta məktəbin direktoru

Keçidlər