Tarixə düşən mesaj PUA-ların qanadlarında yazıldı
Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucalır. Prezident İlham Əliyev deyir: “Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik!"
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, "Vətən" Partiyasının sədri, general-mayor Artur Vanesyan isə cəbhədə vəziyyətin ermənilər üçün çox ağır olduğunu bəyan edib.
O, Facebook səhifəsində yazıb: "Ermənistanda indi yalan, tostlar və informasiya vakkuumu siyasəti yalançı sakitlik, rahatlıq hissləri yaradıb. Əslində isə Vətən təhlükədədir. Ön cəbhədə, yağışın və qarın altında, soyuqda, daim güllələrin altında duranların əvəzlənməsi gərəkdir. Hamını Qarabağa, döyüşə çağırıram".
Azərbaycan xalqı Ali Baş Komandanın hərbi siyasətinə güvənir və onun qərarlarınən arxasındadır. Erməniləri yasa boğacaq daha bir açıqlama da Çin Xalq Respublikasından gəlib. Belə ki, Çin Xalq Respublikası sentyabrın 27-dən bəri Qarabağdakı hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama verməmişdi.
Rəsmi Pekin mövqeyini bildirdi və bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü və suvereniteti təməl prinsiplərdir. Bu prinsiplərin pozulması yolverilməz, bərpası isə normaldır.
Diplomatik kazuistikadan normal dilə tərcümə belədir: "Azərbaycan ərazilərini işğalçılardan təmizləyir, ərazi bütövlüyünü bərpa edir. Qarışmırıq, dəstəkləyirik".
Qeyd edim ki, bu günlərdə COVID-19 da "ədalətin tərəfindədir", Ermənistanda koronavirusa rekord yoluxma qeydə alınıb. Son sutkada daha 2306 nəfər virusa yoluxub, 10 nəfər ölüb.
Pasinyan Qarabağ məsələsinin diplomatik yolla həllinin qeyri -mümkünlüyünü elan edib və bütün erməniləri də əlinə silah alıb Qarabağda döyüşməyə çağırıb". Bu bəyanatın arxasında, ermənilərin son 100 ildə Qarabağ uğrundakı məqsədyönlü fəaliyyətlərinin tam fiaskoya uğrama qorxusu dayanır.
Elə bu qorxu da onları Azərbaycanın sivil şəhğrlərini raketlərin hədəfinə almağa sövq edir.
Azərbaycan hökuməti nəhayət ki, uzun illər çəkən böyük diplomatik səylərdən sonra Ermənistanı dəstəkləyən xarici qüvvələri xeyli dərəcədə neytralaşdıra bilib və ordumuz təkbətək mübarizədə cəmi 3 həftəyə 4 ildə itirdiyimiz ərazilərdən 4 rayonu geri alıb.
Bu isə sadəcə möhtəşəmdir.
Səkinə Rzayeva
Bakı şəhəri 228 saylı tam orta məktəbin direktoru