Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

26 aprel 2013 | 10:00

25 aprel 2013-cü il tarixində Çernobıl faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şöbənin işçisi Abbasov Hüseynov iştirak etmişdir.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışmış, ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunun əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çernobıl əlillərinə göstərdiyi daimi diqqət və qayğısından, onların mənzil-məişət, sosial problemlərinin həlli istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmışdır.
Daha sonra Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.
Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilmiş və onların arzu, istəkləri  dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir.
Tədbirin sonunda rayonda yaşayan aztəminatlı Çernobıl əlilinin ailəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanmışdır.

Keçidlər