Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub

21 oktyabr 2020 | 11:00

   İşğalçı ölkə olan Ermənistan hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü kobud şəkildə pozaraq torpaqlarımızı işğal etməyə səy göstərmişdilər. Onlar 1991-1993-cü illər ərzində Dağlıq Qarabağı və ətrafındakı rayonları işğal etmişdilər. Bu bölgədə misli görünməmiş qırğınlar törətmişdilər.
    1994-cü ildən etibarən bölgədə Atəşkəs rejimi yaradılmışdır. Lakin 30 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Düşmən tərəf Atəşkəs rejiminə heç bir zaman əməl etməmişdir. Son illər isə ATƏT-in Minsk qrupu vasitəsilə münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışsaq da Dünya birliyi bu çoxillik danışıqlar prosesində heç bir əməli addımlar atmamışdır.
     Bu günki gündə isə Azərbaycan tərəfi torpaqlarının düşmən tapdağından azad olunması üçün hərəkətə keçib. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edir. Əgər Ermənistan  tərəfi danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Azərbaycan istənilən yolla öz torpağını işğaldan azad etməyə qadirdir.
    Lakin bununla belə Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.

Quliyeva Röyalə 
222 saylı məktəbin tarix müəllimi

Keçidlər