Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu
Terrorçu Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda olan Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumu ciddi sayda mülki insanların itkisinə səbəb oldu. Həlak olanlar arasında günahsız, məsum uşaqlar da var. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. İnsanlığa qarşı əməli törətməklə, Ermənistan, terrorçu mahiyyətini bir daha sübut etdi. Bununla, Ermənistan əsl simasını göstərdi. Prezident İlham Əliyev müraciətində bildirib ki, Azərbaycanın Qəhrəman Ordusu düşmənin bu cinayətkar əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan Ermənistandan fərqli olaraq düşmənin qisasını mülki əhalidən almır.
Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bir fakt ondan ibarətdir ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsini reallaşdırır. Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi, nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir. Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terrorçuları işğal etdiyi Azərbaycan torpaqlarına gətirərək onlara təlim keçir. Eyni zamanda, Ermənistan onlardan muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir.
Hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmir. Halbuki, demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Avropa İttifaqının Gəncə hadisələri ilə bağlı bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terroru ilə bağlı rəy bildirən Avropa İttifaqı mülki insanların tələfatı və dinc sakinlərin yaralanması ilə nəticələnən Gəncə hadisələrinə dair “hər hansı bir tərəf mülki insanları və mülki obyektləri hədəf almasını dayandırmalıdır” bəyanatı verdi. Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terrorçularla ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş separatçı rejim nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçular ilə tərəfdaş olur. Bir tərəfdən, Suriya və Livandan terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə Avropada neonasist ideologiyasının daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorçu Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı mübarizəsindən qalib çıxacaq.
Zöhrə Verdiyeva,
139 saylı məktəbdə tarix müəllimi