Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayətkar Ermənistan rəhbərliyi məsuliyyətə cəlb edilməlidir!

20 oktyabr 2020 | 11:00

   Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq  dinc əhaliyə qarşı terror əməllərini davam etdi¬rib.
   Cəbhədəki uğursuzluqlarının əvəzini dinc əhaliyə qarşı terror əməliyyatı keçirməklə ört-basdır etməyə çalışır.
    İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri,müharibə zonasına daxil olmayan  əraziləri  növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində  onlarla ev dağılmış dinc sakinlər həlak olmuşlar.
   Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 200-dən artıq yaşayış evinə, həmçinin, çox sayda mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, xeyli heyvan tələf olmuşdur. Lakin bütün bunlar cəbhəboyu bölgələrin sakinlərini sarsıtmır, onlar doğma ocaqlarını tərk etmirlər.
   Paşinyan hökuməti isə silahlı qüvvələrini məğlubiyyətdən xi¬las etmək, işğal etdiyi ərazilərdə mövcudluğunu saxlamaq üçün havadarlarının təcili müdaxiləsi ilə Azərbaycan Ordusunun hücumlarını dayandırmağı yeganə çıxış yolu sayır.
   Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə xalqın yenilməz iradəsini ifadə edərək çe¬şidli vasitəçilərin atəşkəsi dayandırıb danışıqları davam etdirmək təklifləri qarşısında işğalçı Ermənistanın hərbi qüvvələrini ölkəmizdən çıxarması tələbini ortaya qoyur.
   Bu dəfə də onlar xalq məhəbbətinin, orduya, Ali Baş Komandana dərin və sarsılmaz inamın yönünü öz çirkin məqsədlərinin reallaşmasına, vandalizm aktları ilə emosiyaları bulandırmağa və bulanıq çayda balıq tutmağa çalışdılar. Ancaq bir şeyi yaddan çıxartdılar ki, bir zaman tariximizin dolanbaclarında oynadıqları bu oyun üçün artıq meydan yoxdur. Xalq ayılıb və ağı qaradan, yaxşını pisdən, sabitliyi xaosdan seçə bilir. Elə onillər ərzində boş yerə pul xərclədiklərini görən xarici ağalar da artıq kor quyuya su tökmək istəmirlər. Əvəzində Azərbaycan xalqı və dövləti saf axar çay kimi qarşısına çıxan tör-töküntünü süpürüb atmaq əzmindədir və artıq bu taleyüklü hadisənin zamanı gəlib çatıbdır. Son günlər yaranan mövcud durum onu göstərdi ki, xalqımız həmrəy olub Prezident İlham Əliyevin komandanlığı altında torpaqlarımızı geri qaytarmağa hər an hazırdır!”.

Həşimova Əzizəxanım,
222 nömrəli məktəbin direktoru

Keçidlər