Şriftin ölçüsü :

Saytın rəngi :

"İti elə iti qovan kimi qovarlar"

19 oktyabr 2020 | 11:00

    "İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün".
   Ermənistanın son davranışları artıq siyasi və hərbi aqoniyadan xəbər verir.  Amma emosiyalara qapılmaq, arxayınlaşmaq əsla olmaz. Düşmən son nəfərinədək torpaqlarımızdan çıxarılmalıdır. Ya şaquli, ya üfüqi vəziyyətdə.
    Cənab Prezident demişkən: "İti elə iti qovan kimi qovarlar".
    İndiyədək biz "Dünya birliyi hələ də susur" deyirdik. İndi isə Azərbaycanın hücum diplomatiyası nəticəsində ermənilər seytnotdadır.
    Ermənistan prezidenti Armen Sarkisyan dünya birliyinin, o cümlədən ABŞ, Çin, Britaniya və Avropa İttifaqının "qarabağlı ermənilərin taleyinə tam biganə qaldığını" deyib.
    ABŞ-ın dövlət katibi Maykl Pompeonun "ümid edirəm qarabağlı ermənilər problemlərini həll edə biləcəklər" açıqlaması isə erməniləri lap ruhdan salıb.
   Ali Baş Komandan İlham Əliyev tvittində xalqın etimadını doğrultmaq kimi bir amalı olduğunu vurğulayıb. Lakin o, nəinki etimadı doğruldub, hətta öz adını, fenomen  siyasətini Azərbaycan xalqının tarixi salnaməsinə qızıl hərflərlə yazıb.
   Erməni hakimiyyəti isə xaosa, yalançı və məkrli, şizofren "şousuna" davam edir. Ermənistanın XİN başcısı Zöhrab Mnasakanyan KTMT baş katibinə zəng edərək  Azərbaycanın 10 oktyabr Moskva razılaşmasına əməl etmədiyini deyib. Bununla da "çabaladıqca batan" bir dövlət tablosu canlandırıb. Düşmənə qarşı aparılan antisnayper savaşı haylar üçün fəlakətli nəticələr verir.

 

    Dünya bir üzük olsa,
    Qaşdır Azərbaycanım!
    Bir qəzəbli pələngə
    Başdır Azərbaycanım!
    Qarı düşmən başına
    Daşdır Azərbaycanım!!!


Səkinə Rzayeva
Bakı şəhəri 228 saylı tam orta məktəbin direktoru

Keçidlər