Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 14 aprel 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncağın işində rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin 220 nəfər nümayəndəsi iştirak etmişdir.
Hesabat yığıncağının işində Milli Məclisin Deputatları Ağalar Vəliyev iştirak edirdi.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edərək abidənin önünə gül dəstələri qoymuşlar.
Hesabat yığıncağında “Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 14 aprel 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısının müavini Mahmud Qubatovun məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rzayeva və Rayon Statistika Şöbəsinin direktoru Şəhla Fərzəliyeva çıxış etmişlər.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2013-cü ilin birinci rübü ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışmışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.