Böyük Ermənistan yoxdur Böyük Azərbaycan xalqı və dövləti vardır
Bu günlərdə dünya tarixinin ağır sinaqlarindan birindən keçirik, dünyanı bürüyən koronavirus pandemiyasi fonunda yaranan sosial-iqtisadi problemlər və geoplitik vəziyyətin mürəkkəbləşməsi bu sınağın heç də asan keçməyəcəyini göstərir.
Dünyada bu problemlər tüğyan edərkən Cənubi Qafqazda rolların dəyişməsi baş verir.Azərbaycan dövləti Qafqaz tarixində köhnə səhifələri bağlayıb yeni və qızıl hərflərlə yazılmış yeni bir səhifə açır. Qarabağ probleminin düyünləri Qordi düyünütək açılır və ordumuzun dəmir yumruğu ilə işğala son qoyulur.
Azərbaycan ordusu ard arda zəfərlər qazanarkən sadəcə torpaqlarımızı işğaldan azad etmir eyni zamanda qarşımızdakı düşmənin iç siyasətini xaosa doğru sürükləyir. Bu səbəbdəndir ki düşmən əllərində son ehtiyatları tükəndikcə çarəni döyüşməkdə deyil məsum insanlara qarşı terror fəaliyyətlərində görürlər.
Gəncə və Mingəçevirə atılan raketlər Ermənistandakı rejimin nə qədər qorxaq və çarəsiz olduğunu dünyaya göstərdi. Bu səbəbdəndir ki, Ermənistana dəstək verən ölkələr belə Azərbycanın siyasətinin doğru olduğunu bəyan etdilər. Təbii ki, bu uzaqgörən siyasətin memarı Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevdir.
Əgər diqqət etsək görərik ki Qarabağ döyüşləri elə bir zamanda başladı ki Ermənistan nə onsuzda tükənmiş ehtiyatlarını səfərbər edə bilmədi nə də 1992 ci ildə olduğu kimi dünyaya yalan məlumat ötürə bilmədi beləcə xarici dəstək də əldə edə bilmədi.
Bu usta şahmat gedişini təbii ki cənab prezident etdi və düşməni şah-mat vəziyyətinə gətirdi. Artıq vəziyyət Ermənistan piyada rejimi üçün vəziyyət elə olub ki onu tutan əl də dəstəyini çəkib.
Ermənistan rejimi sadəcə hərbi məğlubiyyət yaşamır bunun arxasınca ilk növbədə iqtisadi və sosial ictimai böhran yaşayır illərlə inandıqları böyük Ermənistan yuxusundan onları Azərbaycanın dəmir yumruğu oyadır.
Böyük Ermənistan yoxdur Böyük Azərbaycan xalqı və dövləti vardır.
Bu yaşadıqları məğlubiyyətlərdən sonra ermənilər bəlkə bunu başa düşərlər.
Bu unudulmaz günlərdə düşmən mənfurluğunu və çarəsizliyini dəfələrlə vurğulmaqla bərabər cənab İlham Əliyevin liderliyində yenidən dövlətimizin və ordumuzun qəti qələbələrini dünyaya və xalqımıza çatdırmaq hər bir Azərbaycanlının borcudur.
Unutmayaq müharibə sadəcə səngərdə getmir.
Azərbaycan tarixin elə səhifəsi yoxdur ki orada qəhrəmanlarımız olmasın bu cənab prezident İlham Əliyevin komandanlığıilə günün qəhrəmanları başda Hikmət Haciyev, Mais Bərxudarov, Hikmət Mirzəyev və hər birini şəxsən tanımasaq da, bu qələbədə rolu olan igid hərbiçilərimiz, dövlət xadimlərimiz, diplomatlarımızdır əslində elə bütöv Azərbaycan xalqı qəhrəmandır. Həm də bu günün deyil tarixin qəhrəman xalqıdır. Unutmayaq düşmən nə qədər aciz də olsa 30 illik fəaliyyət nəticəsində işğal altında olan torpaqlarımızda istehkamlar qurmuş və təşkilatlanmışdırlar. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşlər buna sübutdur. Hər gün ekranlarda gördüyümüz ordumuz tərəfindən vurulan və ya qənimət götürülən milyonluq texnikaların mənbəyi və hansı vəsaitlə alındığı bu gün Azərbaycanlıları düşündürür və dövlətimiz ətrafında cərəyan edən çoxmüstəvili çirkin siyasi oyunların bir hissəsini üzə çıxarır.Azərbaycan dövləti hər zaman olduğu kimi bu oyunları da ifşa edəckdir buna bariz nümunə kimi cənab prezidentin çıxışlarında vurğuladığı Ermənistana mülki təyyarələrlə silah və qanunsuz şəkildə muzdlu daşınmasını gçstərmək olar.
Bu həmdə onu göstərir ki, Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir və təhlil edir. Ordumuzun qələbələri torpaqlarımız sadəcə işğaldan azad etmir həm də oraya mədəniyyəti insanlığı aparır.
Düşmənin ayağı zəncirlə bağlanmış əsgəri və tam təzhicatlı canavar baxışlı Azərbaycan əsgəri həmdə insana verilən dəyərlərdəki fərqi ortaya qoyur. Qarabağdakı həlledici qələbədən sonra Şuşada muğam Ağdamda azan səsləri Cəbrayılda bulaqlarda su və oynayan uşaqların səsi kəsilməyəcəkdir.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi biz oraları cənnətə cevirəcəyik. Cocuq Mərcanlida görülən və bütün Azəbaycanda görülən işlər bunu göstərir.
Təsadüfi deyil ki, azərbycanlilarin Qarabağda məskunlaşdıqları dövrdə Qarabağ mədəniyyət və incəsənət beşiyi olmuş və bir çox dahi bəstəkarlara ev sahibliyi etmişdir.
Torpaq onun üzərində insan kimi yaşayana məxsusdur yəni Azərbaycanlılara.
Bu bir daha göstərir ki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
Hüseynova Arzu
302 № li tam orta məktəb