Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir
Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə digər ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırılması hərbi cinayətdir və Cenevrə Konvensiyasına ziddir. Bunu isə artıq dünyaya erməni faşizmi mütəmade olaraq sübut edir. Nəhayət Britaniya, Fransa və Rusiyanın Qarabağ savaşı ilə mövqeləri tam müəyyənləşdi.Onların üçü də Qarabağın Azərbaycanın tərkibində olması, Ermənistan qüvvələrinin tam çıxarılmasını dəstəkləyirlər.
Bu ölkələrin heç biri Dağlıq Qarabağın iddialarını və Ermənistanın şərtlərini qəbul etmir. Amma təbii ki, öz şərtləri ilə, geosiyasi maraqlarını tam təmin etmək və vəziyyətdən maksimum yararlanmaq şərti ilə.
Britaniya. Azərbaycanı qeyri-rəsmi tam dəstəkləyir, rəsmi - susur. London gözləmə mövqeyi tutmayıb, regional oyunçuların bir-birlərini zəiflədəcəklərini gözləyir. "İngilis şiri" tarixən olduğu kimi, yalnız əlverişli saydığı məqamın çatdığına əmin olanda meydana girəcək.
Fransa. Son dövrlərdəki sarsaq ritorikasından əl çəkib və anlayıb ki, belə davam edərsə, Azərbaycanı tam itirə bilər. Rəsmi Parisin qəti qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da nizamlanmaması ABŞ-ın maraqlarına cavab verir. Bu səbəbdən Paris və Moskvanın paradoksal həmrəyliyi müşahidə olunur.
Rusiya. Heç bir halda Ermənistana hər hansı formada aşkar olaraq hərbi və ya siyasi yardım etməyəcək. Yardımlar olacaq, amma gizli, üstüörtülü şəkildə. Moskvanın mövqeyi qətiləşib: Ermənistan Dağlıq Qarabağı tərk etməlidir.Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov: "Ermənilərin bizə, gəncəlilərə qarşı etdiklərini alman faşistləri ediblər.
Ermənilər faşistdirlər. Onların layiqli cavabı veriləcək.
Yumruq kimi birləşmişik! Ordumuza dayağıq!"
Keşiş Denis bu sözləri kilsədə şəhidlərimizin ruhuna ibadətdən sonra deyib...
Cənubi Qafqazıın gələcəyi ilə bağlı Rusiya və Ankara arasında artıq razılaşma əldə olunub. Ermənistanın baş naziri Nikol Paşinyan məhz bu səbəbdən «bizə qarşı yeni Münhen anlaşması hazırlanır, Ermənistan buna razı olmayacaq».
Rusiyanın istəyi Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına tam yox, qismən nəzarət etməsi, Gorus-Laçın dəhlizinin qarabağlı ermənilər üçün «humanitar dəhliz» qismində saxlanmasıdır.
"Trio"nun məram və məqsədlərinin səthi, ekspozitiv təhlili belədir.
Siyasət mümkünlərin sənətidir.
Ermənistan prezidenti Armen Sarkisyan isə özünün acgöz və təcavüzkar iddialarından əl çəkmir: "Azərbaycan hərbi əməliyyatları dayandırmasa və Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə həlli variantını seçməsə, Ermənistan Dağlıqı Qarabağın müstəqilliyini tanıyacaq".
Maraqlıdır ki, ermənilərin heykəllərinə, abidələrinə baxdıqda kin, qəzəb, natamamlıq kompleksi görürük. Gerçəkdən də, ermənilərin indiyədək bir abidəsini, bir heykəlini görmədim ki, simada, fiqurda nikbinlik, gələcəyə inam, keçmişlə qürur ola.Tam əksinə.
1237-ci ilin "Bamberq süvarisi" ilə Umberto Boççoninin və Qaston Laşezin əsərlərinin simbiozunu sanki paraniodal təfəkkürlü, aqressiv bir insana veribsən, tapşırıbsan ki, mümkün qədər qəddar, qəvi, qəzəbli et.
Torvaldsen və ya Yozef Grevs sağ olsaydılar, intihar edərdilər - onların heykəltaraşlıqdakı vücud proporsiyalarının belə kobudcasına pozulduğuna görə.
Ermənilərin abidələri alleqorik etüdlə animalistik monumentdir sanki. Nə barelyef normaldır, nə qorelyef prinsipinə riayət olunur, nə də kontrelyeflik real təsir bağışlamır.
İstisnasız olaraq bütün erməni abidələri və heykəlləri cinayət yerinə dönən qatilin duruşunu xatırladır. Bunca kin, küdurət heç bir başqa xalqın, etnosun abidələrində yoxdur.
İşğaldan azad edilmiş "Xudafərin" körpüsü, hidroqovşağı milli mədəni abidə olmaqla yanaşı, Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Ali Baş Komandanımız Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.
Səkinə Rzayeva
228 nömrəli orta məktəbin direktoru