Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edən ölkədir
Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edirdi. Azərbaycan dövləti bütün bunlara 30 ildir ki, şahiddir
1 miyon qaçqını olan ölkə 30 illik danışıqlardan bezmişdi. Paşınyanın Qarabağ Ermənistandır deməsi, Azərbaycanın incisi olan Şuşada rəsmi andiçmə mərasimi keçirilməsi belə azərbaycanlıların ülvi hisslərinə toxunmaq demək idi.
Hamıya çox yaxşı bəllidir ki, Ermənistan yeni əraziləri işğal etməyə hazırlaşırdı. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır.
Mənfur qonşular tərəfndən daim Azərbaycana daim hədələr və təhqirlər səslənirdi. Son illər ərzində dəfələrlə Ermənistan təxribatlar törədirdi.
Nəticəsi də göz önündə. Bütün xalqın sevimlisi olan, bu gün heç də çəkinməədn deyə bilərən ki, xalqın Milli Qəhrəmanı olan ölkə başçısı cənab İlham Əliyev öz siyasi iradəsini göstərdi və bölgədə təhlükəsizləyi təhdid edən Ermənistana layiqli cavab verdi.
Bəli qarşıdurma yarandı, amma baş verən müharibədə məhz Azərbaycanın sivil insanları həlak oldu, məhz Azərbaycan torpaqlarında həlak olur insanlar. Maraqlı fakt odur ki, nədən heç kim erməniyə Ölkə Başçımızın sözü ilə cavab vermir ki, niyə Ermənistanın əskəri və ya vətəndaşı Azərbaycan torpaqlarında vuruşmalıdır.
Diqqət edin, bu gün müharibə mənim vətənimdədir.
Qarabağ Azərbaycandır, 7 əlavə tutulmuş rayonlar da Azərbaycandır.
Cənab ALi Baş Komandan, əmrindəyik!
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın ALi BAş Komandan!
Qələbə bizimlədir!
Biz öz torpaqlarımızı istəyirik! Kimsənin bir qarış torpaqğında belə gözümüz yoxdur!
İlahə Hüseynova,
mühəndis