Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon Qadınlarının konfransı

19 aprel 2013 | 10:00

18 aprel 2013-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Qadınlarının IV Qurultayı ərəfəsində Qaradağ rayonundan Qurultaya nümayəndələrin seçilməsi ilə əlaqədar konfrans keçirilmişdir.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini – Sədaqət xanım Qəhrəmanova və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna xanım Mirzəzadə iştirak etmişlər
Tədbirdən əvvəl konfrans nümayəndələri Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev açaraq dövlət qadın siyasəti haqqında çıxış etmişdir.
Daha sonra Əliyev, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini – Sədaqət xanım Qəhrəmanova və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna xanım Mirzəzadə çıxış edərək respublikada qadınlara göstərilən diqqət və qayğıdan, eyni zamanda qadınları narahat edən problemlərdən söhbət açmışdır.
Məruzələr ətrafında çıxışlar olmuşdur. YAP Qadınlar Şurasının sədri, 39 nömrəli Kardiorevmotoloji Uşaq sanatoriyasının müdiri - Təranə İsmayılovaya, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri - Zümrüd Rzayevaya, YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvü - Arzu Mürsəliyevaya və başqaları çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ilin mart ayında imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Fərmanında Azərbaycan cəmiyyətində qadınların fəaliyyəti, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə onlara bərabər imkanların yaradılması və digər qadınlara məxsus məsələlər haqqında geniş danışmışlar.
Konfransda Azərbaycan Qadınlarının IV Qurultayı ərəfəsində Qaradağ rayonundan Qurultaya 19 nəfər nümayəndə seçilmişdir.
Konfrans iştirakçıları bu günlərdə 90 illik yubileyini qeyd etdiyimiz Zərifə xanım Əliyevanın xatirəsini yad etmişlər.

Keçidlər