Şriftin ölçüsü :

Saytın rəngi :

Əmrindəyik cənab Prezident

16 oktyabr 2020 | 11:00

   Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə işğalçı Ermənistana qarşı əks hücum aparan şanlı ordumuz Qarabağda uğurlu hərbi əməliyyatları davam etdirir. Vətən Müharibəsinin 20-ci günüdür.50-yə yaxın yaşayış məntəqəmiz, o cümlədən Cəbrayıl şəhəri, Hadrut, Suqovuşan qəsəbələri işğaldan azad edilib, bir sıra strateji yüksəkliklər nəzarətimizə keçib.
  Cəbhədə qazandığımız uğurlarla bərabər diplomatik sahədə də uğurlarımız çoxdur. Bu nailiyyətlər birbaşa cənab Prezidentin şəxsən fəaliyyəti nəticəsindədir. Informasiya cəbhəsinə Prezidentimiz özü liderlik edir. Hər gün gərgin iş qrafikinə baxmayaraq 2-3 xarici telekanala, agentliyə müsahibə verir.
   Açıq, dəqiqliklə Azərbaycanın haqlı mövqeyini izah edir, tarixi faktları izah edir və Ermənistanın mahiyyətini dünyaya anladır. İlkin olaraq hərbi əməliyyatların başlama səbəblərini izah edir, Ermənistanın dinc mülki əhaliyə qarşı qəddarcasına müharibə apardığını, təmas xəttindən çox uzaq şəhərlərini bombaladığını konkret faktlarla diqqətə çatdırdı.
   Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçılıq qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatını münaqişəyə cəlb etmək istəyir. Paşinyan dünya liderlərinə aramsız zənglər edir, təşviş içərisindədir. Döyüş meydanında Azərbaycan ordusu düşmənə elə sarsıdıcı zərbələr endirirlər ki, artıq onlar qeyri-adekvat duruma düşüblər. Paşinyan hakimiyyətə küşədən gəlmiş birisidir, özünü dünya qarşısında gülünc vəziyyətə salıb.
    Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.
    Qardaş Türkiyənin bu hadisələrin ilk anlarından verdiyi dəstək sabitləşdirici rol oynayır. Əgər onlar deməsəydilər ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə vəziyyət qarışardı. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyin və sülhün təminatıdır. Hər gün müzəffər ordumuzun yeni-yeni zəfərlərinin şahidi oluruq. Bu gün dövlətimizin və xalqımızın məsuliyyəti İlham Əliyevin çiynindədir. Onun “nəyi nə zaman və necə etməyi mən bilirəm” ifadəsinin arxasında Azərbaycan xalqının böyük inamı dayanır. O, tələsmədən və gecikmədən xalqımızı seçdiyi hədəfə doğru inamla aparır. Bu yolda tanrı ona yar olsun!

Elnarə Hüseynova
13 saylı poliklinikanın baş həkimi

Keçidlər