Şriftin ölçüsü :

Saytın rəngi :

QARABAĞ AZƏRBAYCANDIR!

15 oktyabr 2020 | 11:00

   Azərbaycan 30 ildir səbr edir. Minsk qrupunun bölgədə yalan vədlərinə dünya inanır. Haqqı tapdalayan işğalçı Ermənistanı müdafiə edirlər. 30 ildir 20% torpaqlarımız işğal altındadır. Atəşkəs elan olunmasına baxmayaraq, bu illər ərzində demək olar ki, hər gün təcavüzkar, işğalçı Ermənistan atəşkəsi pozaraq, Azərbaycanın dinc əhalisini qətlə yetirir. Biz 30 ildir ki, səbr edir, torpaqlarımızın danışıqlar yolu ilə işğalçı Ermənistandan azad olunmasını gözləyirik. Bizim heç kimin torpaqlarında gözümüz yoxdur.
   Təcavüzkar Ermənistan sentyabrın 27-də yenidən dinc əhalini atəşə tutdu. Buna cavab olaraq, ordumuz düşmən mövqelərinə adekvat cavab atəşi açdı və sentyabrın 27-də Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin əmri ilə ordumuz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərə başladı. 9 oktyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 saat davam edən danışıqlarının yekununda humanitar atəşkəs razılaşması əldə olundu. Bu razılaşma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmişə olduğu kimi münaqişənin müharibə deyil, sülh yolu ilə həll edilməsi tərəfadarı olduğunu göstərdi. Lakin, humanitar atəşkəs qüvvəyə mindiyi  10 oktyabr saat 12:00 tarixindən cəmi 15 dəqiqə sonra Ermənistan gözlənildiyi kimi öz təcavüzkar siyasətini bir  daha göstərərək humanitar atəşkəsi pozdu və dinc əhalini yenidən atəşə tutmağa başladı.
   Təmas xəttindən 60 km uzaqlıqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan Gəncə şəhərini “Elburus” raketi ilə atəşə tutdular. Döyüş meydanında uduzan Ermənistan bunun heyfini mülki əhalidən çıxır. Hiyləgər düşmən daha çox dinc əhali itkisi olması üçün gecə saat 02:00 -da Gəncə şəhərinin yaşayış binalarını raket atəşinə tutdu. 
   Dinc əhali arasında dağıntılar arasında qalan, valideynsiz qalan körpə uşaqlara dünya göz yumur. Gəncə şəhərində təcavüzkar Ermənistan ikinci Xocalı faciəsini törətdi.
   Biz Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyirik. Biz xalq olaraq, istəmirik qan tökülsün. Əgər torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, biz təcavüzkar ermənilərdən öz doğma dədə-baba torpaqlarımızı müharibə yolu ilə alacağıq.
   QARABAĞ AZƏRBAYCANDIR!
 

Nərminə Kazımova
Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin oxuculara xidmət şöbəsinin müdiri

Keçidlər