Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır !

15 oktyabr 2020 | 11:00

     Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks – hücumu Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi.
      Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
   Erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6-00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də, işğalda olan Füzuli və Cəbrayıl rayonlarındakı 7 kəndimiz, Murovdağ zirvəsi Modagiz ətrafındakı yüksəkliklər ordumuz tərəfindən işğaldan azad edildi. İnanırıq ki, tez bir zamanda şanlı Azərbaycan Bayrağı işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
     Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi Azəbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
    Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır .Ali Baş Komandan, möhtərəm prezidentimiz  İlham Əliyevin  rəhbərliyi altında hər bir Azərbaycan vətəndaşı Qarabağ uğrunda döyüşməyə hazırdır . Biz kitabxana işçiləridə öz növbəmizdə Qarabağın müdafiəsi üçün möhtərəm prezidentimizə mənəvi dəstək oluruq. Bildirik ki, azərbaycan xalqı Prezidentimizə güvənir, arxalanır və onun bütün qərarlarıni rəhbər tutaraq işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda  əlindən gələni əsirgəmir.
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.
        Prezident müraciəti zamanı ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi və bir daha bildirdi ki, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!
        Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
          Azərbaycan tərəfi Ermənistana layiqli cavab verəcək,  həqiqət və ədalət zəfər çalacaq !

Ulduz Heybətova
Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin 2 saylı  filialının müdiri

Keçidlər