Şriftin ölçüsü :

Saytın rəngi :

Puta qəsəbəsində səyyar görüş

20 aprel 2013 | 10:00

19 aprel 2013-cü il tarixində Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakini iştirak etmişdir. Görüşə gəlmiş qəsəbə ağsaqqalları görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini  haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəsəbə sakinlərinə  Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı və görüləcək işlər barədə məlumat verilmişdir.
Görüşdə qeyd edilmişdir ki, qəsəbə sakinləri tərəfindən qəsəbədə mövcud olan bir sıra sosial problemlər hələ əvvəlki görüşlər zamanı qaldırılmışdır. O cümlədən bu problemlərin sırasında 184 saylı tam orta məktəbin təmiri, 326 saylı uşaq bağçasının qəzalı vəziyyətdə olması, qəsəbədəki mövcud stadionun bərbad vəziyyətdə olması, İnternet beynəlxalq şəbəkə sisteminə çıxış sürətinin çox aşağı səviyyədə olması, küçə işıqlarının və piyadaların rahat gediş – gəlişləri üçün piyada səkilərinin, qəsəbədaxili yol və küçələrin asfalt olmaması, ağırtonnajlı və iri qabaritli yük maşınlarının qəsəbənin yollarından istifadə etmələri ilə bağlı olan problemlər əsas yer almışdır.
Artıq Puta qəsəbəsi üzrə İnternet şəbəkə sisteminə giriş sürətində mövcud olmuş problem artıq həll edilmiş, Qaradağ Telefon Qovşağı tərəfindən qəsəbəyə İnternet beynəlxalq şəbəkəsinə çıxış xətti – yüksək sürətli optik kabeli çəkilmiş, habelə 545 saylı ATS-in əlavə 30 nömrə tutumlu telefon nömrələrinin çəkilişi işləri başa çatdırılmışdır.
Ağırtonnajlı və iri qabaritli yük maşınlarının Puta qəsəbənin yollarından istifadə etməsinin məhdudlaşdırılması məsələsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda yük maşınlarının qəsəbəyə daxil olmadan alternativ bir yol kimi-qəsəbənin kanal yolu adlandırılan ərazisindən istifadə etməklə keçməsi və bu torpaq yolunun 4 kilometrə qədər hissəsinin abadlaşdırılması imkanları araşdırılır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Puta qəsəbəsində mövcud olmuş bir sıra sosial problemlərin həlli istiqamətində işlər davam etdirilməkdədir. Belə ki, qəsəbədə qəzalı vəziyyətdə olmuş və buna görə də 2005-ci ilin may ayından fəaliyyəti dayandırılmış 326 saylı uşaq bağçasının köhnə və yararsız binası sökülmüş, yerində ən müasir dizaynlı, bütün maddi – texniki avadanlıqlarla təchiz ediləcək 120 uşaq tutumluq yeni uşaq bağçasının tikintisi başa çatmış, hal-hazırda suvaq işləri sürətlə davam etdirilməkdədir.
Puta qəsəbəsində yerləşən şəhid Kamran Yaqubov adına 184 saylı tam orta məktəb əsaslı təmir olunmuş, ən müasir üslubda, yüksək keyfiyyətlə, istilik – qazanxana təchizatı ilə təmir olunmuş məktəb 2012–2013-cü tədris ilində, ötən il sentyabr ayının 15-də istifadəyə verilmişdir.
Qəsəbənin mərkəzi hissəsində yerləşən köhnə stadionun yerində yeni, müasir üslubda istirahət parkının tikintisi ilə əlaqədar olaraq rayon rəhbərliyinin tapşırığına əsasən ərazinin hazırlıq vəziyyətinə gətirilməsi məqsədilə ümumilikdə 850 maşına yaxın müxtəlif plitə daşlarının qırıntısı, daş yonqarı (ştif), söküntü materialı və torpaqla doldurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına səhiyyə sahəsi üzrə Puta qəsəbəsində 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, gənclər və idman sahəsi üzrə qəsəbədə mini futbol meydançasının və idman zalının tikintisi məsələləri salınmış, qeyd olunan məsələlərin Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən həlli cari ildə nəzərdə tutulmuşdur.
Habelə qeyd olunan “Dövlət Proqramı” çərçivəsində qəsəbədaxili yol və küçələrin abadlaşdırılması istiqamətində ilkin mərhələdə qəsəbədə 21 ədəd küçə işıqları quraşdırılmış, 780 p/metr uzunluğunda səki daşları çəkilmiş və 800 p/metr uzunluğunda səki qurulmuşdur, hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir.

Keçidlər