Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır

14 oktyabr 2020 | 11:00

    Hörmətli cənab prezidentim, sentyabrın 27-dən   başlayaraq    mənfur     qonşumuz, erməni   təcavuzkarlarının    torpaqlarımıza    və   xüsusən   də  Ağdam, Fizuli, Tərtər rayonlarımıza  qarşı etdiyi  hücumlar  Qüdrətli  ordumuz tərəfindən əks -  hücum əməliyyatı keçirərək düşmənə layiqincə   cavablar  verilmişdir.
    Siz həmişə, o cümlədən,Ermənistanın hərbi təxribatlarına qarşı      başlanılan son əks –hücum əməliyyatlarının gedişində yenilməz siyasi  iradə, əzm, qətiyyət prinsparlıq nümayış  etdirdiz. Düşmən ölkənin     havadarları  olan dövlətlər  və  böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını  qətiyyətlə müdafiə  edirsiz.  Bu günlərdə    bütün dünya  Azərbaycan xalqının bir daha əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi  üçün bütün xalq Ali Baş Komandanın ətrafında  səfərbərdir.
    Oktyabrın 9-da Rusiyanın   vasitəçiliyi  ilə elan olunmuş  iki    günlük  atəşkəs  humanitar  xarakter  daşısada ,   azğın   düşmən  yenə də verdiyi vədlərə   əməl  etmədi  Humanitar  atəşkəsin  qüvvəyə     mindiyi   vaxtdan  10  (on) saat  sonra    rayonlarımıza  qarşı   atdığı reaktiv  raketlər   buna sübutdur. Ancaq buna baxmayaraq  Rəşadətli  Ordumuzun  qüdrətli,   gücü    sayəsində    tarixi günlər yaşayan  Azərbaycanımız   düşməni torpaqlarımızdan çıxararaq   Ermənistanın  təslim   bayrağını  qaldırmağa  məcbur  etdi.  Cəbrayıl   rayonu , Hadrud   qəsəbəsi, Murovdağ  zirvəsi, Suqovuşan su  anbarı , onlarla kəndimiz, strateji yüksəklikləri azad etdilər.  İndi həmin ərzailərimizdə Azərbaycan    bayrağı     dalğalanır.
   Hörmətli Prezidentim! Sizin Nazirlər Kabinetindəki 15 iyul 2020 – ci il  tarixli  iclası  zamanı  söylədiyiniz   ifadələr   “ Nə  vaxt,  nəyi, necə etmək  lazımdır, bunu biz bilirik.   Yaxın   tarix dəfələrlə  bunu   göstərib, həm   siyasi  müstəvidə ,   diplomatik   müstəvidə,  eyni    zamanda döyüş meydanında,  nəyi ediriksə dəqiqliklə edirik.   Artıq  danışıqların   gedişində şərtləri   Azərbaycan   müəyyən  edir  və Azərbaycana   qarşı hər   hansı  şərtlərin irəli   sürülməsini   qəbuledilməzliyini  hamı başa düşdü”.
     Siz  əmin ola bilərsiz ki, biz məcburu  köçkün ailələri , hamılıqla Sizin arxanızdayıq, daxili və xarici  siyasətinizi hər zaman dəstəkləyirik.

Əliyeva   Gülnarə
180№-li tam  orta   məktəbin  müəllimi

Keçidlər