Hörmətli Cənab Prezidentim!
Hörmətli Cənab Prezidentim!
Bəli, bu ifadəni hər zaman söyləyirəm. Mənim Prezidentim İlham Əliyev Cənabları,mən bir təhsil işçisi və məcburi köçkün olaraq bu məktubu yazmağı özümə borc bilirəm.
Cənab Prezidentim, son günlərdə dövlətimizə qarşı mənfur terrorçular tərəfindən törədilən cinayətlər istər dövlətimizin, istərsə də dünya birliyinin gözü önündə baş verir. Lakin ermənilərin bəzi tərəfdaşlarının bu terrorizmə göz yumması bizi məyus edir. Ancaq biz heç vaxt ruhdan düşmürük, çünki ölkəmizin yüksək inkişaf etmiş dövlətlərlə bir səviyyəyə çatdırılması üçün hər zaman çalışan, kiçiyindən tutmuş böyüyünə kimi hər bir vətəndaşına xüsusi qayğı göstərən və xalqının daha da yaxşı yaşaması üçün əlindən gələni edən, düşməni diz çökdürən güclü liderimiz var.
Cənab Prezidentim, torpaqlarımızın gün keçdikcə erməni vandallarının işğalından azad olunması, xüsusən də bu xoş xəbəri sizin dilinizdən eşitməyimiz bizim üçün böyük bayramdır. Mənfur düşmənin təcavüzünün qarşısının qəhrəmancasına alınması və onlara layiqli cavab verilməsi sizinvə qurduğunuz müzəffər Azərbaycan ordusunun sayəsindədir.
Biz hər zaman sizə inanmışıq. Bilirik ki, işğal altında qalan torpaqlarımız düşmən tapdağı altından tamamilə azad olunacaq və Azərbaycanımızın ərazi bütövlüyü tam təmin ediləcəkdir.
Allah Sizi və qurduğunuz güclü Azərbaycan ordusunu qorusun!
Əliyeva Gülnarə
180№-li tam orta məktəbin müəllimi