Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaş Türkiyənin rolu əvəzolunmazdır

14 oktyabr 2020 | 11:00

    Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasında Cənubi Qafqazda və Avropada böyük nüfuza malik olan Türkiyə Respublikasının daha çox fəallığına ehtiyac vardır. Türkiyənin dünyada, xüsusilə BMT və ATƏT-in əhatə dairəsində, İslam Əməkdaşlıq ölkələri arasında nüfuzu daim artmaqdadır və dünyanın lider güc dövlətləri Türkiyə ilə  regional məsələlərdə və münaqişələrin həllində məsləhətləşmələr aparırlar. Qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik olmasının əhəmiyyəti çox böyükdür. Bu münasibətlərdə Türkiyə özünün legitimliyi və hadisələrə qərəzsiz yanaşması ilə region dövlətlətdə və dünyada söz sahibidir. Bu nüfuz hər kəsə aydındır. Münaqişənin həlli istiqamətində BMT və ATƏT çərçivəsində atılan addımlar, qəbul edilən qətnamə və qərarların stol üstə qalması, həyata keçməməsi region dövləti olaraq Türkiyəni də narahat edir. Türkiyənin dövlət və hökümət rəhbərliyi bu məsələnin tezliklə həll olunmasında və regionda sülhün bərqərar olunmasında israrlıdır. Dürüst və qərəzsiz mövqeyinə görə region və dünya dövlətləri Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir.  Hesab edirik ki, həm qardaş dövlət olaraq, həm də regionda söz sahibi olan Türkiyə problemin həllində fəal iştirak etməlidir. Münaqişənin tezliklə həll olunması həm Azərbaycan, həm də Cənubi Qafqaz dövlətlərinin inkişafına tövhələr verə bilər. Türkiyə sivil dövlət olaraq yarandığı dövrdən beynəlxalq münasibətlərdə xalqların və dövlətlərin suverenliyi və müqəddəratını həll etməsi, dinc yaşamaq prinsiplərini əsas tutması bu gün ona daha çox inam yaradır və nüfuz qazandırır. İnanırıq ki, Türkiyə bu münaqişənin həllində öz real mövqeyindən çıxış etməklə problemin aradan qaldırılmasında fəallığını artıracaq. Birmənalı olaraq Türkiyənin münaqişənin həllində iştirakı dəstəkləyirik.

 

Məmmədov Eşqəli
Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin
təlim tərbiyə işləri üzrə direktor müavini

Keçidlər