Atəşkəs real həyatda baş vermədi
“Oktyabrın 10-u Saat 12-dən qüvvəyə minməli olan atəşkəsi Ermənistan tərəfi pozdu. Gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Biz Ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hərbi mərhələnin artıq başa çatdığını hesab edirdik. Ancaq, təəssüf ki, bunu görmədik”. Prezident İlham Əliyev “Haber Global” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Müsahibə zamanı Moskva şəhərində razılaşma nəticəsində əldə olunan Humanitar atəşkəs rejiminə Ermənistan tərəfindən riayyət olunmadığını, əksinə atəşkəs zamanı Gəncə şəhəridə mülki əhalinin təcavüzkar tərəfindən vəhşi atəşə məruz qaldığıni bildirib. Prezidentin sözlərinə görə Moskva şəhərində baş tutmuş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticələri kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycnın maraqlarına cavab verir.
Azərbaycan ordusu döyüş meydanında işğalçı Ermənistan ordusuna ağır zərbələr endirib və onun bütün hərbi sədlərini darmadağın edib. Yağı düşmən ordumuzun qarşısında heç iki gün də duruş gətirə bilmədi. Amma təklif gələndə ki, humanitar atəşkəs olsun, danışıqlara başlanılsın, buna razılıq verildi.Azərbaycan bir daha bütün dünyaya göstərdi ki, düşməni döyüş meydanında məğlub edir, amma yenə də Ermənistana son şans verir. Razılığın qüvvəyə minməsi anından başlayaraq yenə də dinc azərbaycanlıları toplardan, raketlərdən atəşə tutdular. Hətta ən alçaq əməllərini növbəti dəfə təkrar edərək gecə yatmış insanları məqsədli şəkildə qətlə yetirdilər.Günahsız uşaqlar yaralandı,qətlə yetirildi,valideyinlərini itirdi. Ermənistanın dövlət siyasəti işğalçılıq, əraziləri zəbt etmək, həmin ərazilərin əsl sahiblərini isə məhv etməkdən ibarətdir. Bunu bilmək üçün Ermənistanın son üç dövlət başçısının fəaliyyətinə nəzərə salmaq kifayətdir.
Dövlət başçısının son müsahibələri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində olduqca önəmlidir.
Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Eyni zamanda, Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən deyib: “Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çalacağını şərtləndirib.
Düşmən də, onun havadarları da nəhayət anlamalıdır ki, Azərbaycan Ordusu doğma torpaqlarımızı azad edəcək. Azərbaycan xalqı torpaqlarının azad olunmasında israrlıdır və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Amma biz bunu qan tökülmədən etmək istəyirdik.
Zöhrə Verdiyeva,
139№ li məktəb Tarix müəllimi