Ermənilərin faşist əməllərini dünya görməlidir.
Uzun illərdir Azərbaycan xalqı ermənilərin amansız zülmünə məruz qalıb. Onların hədəfi əsrlər boyu dinc əhali və körpə uşaqlar olub.26 fevral 1992- ci ildə törədilmiş Xocalı faciəsi buna sübutdur. Xocalı əhalisi ermənilər tərəfindən dünyada misli görülməmiş işgəncələrə məruz qaldı.
Xocalıda baş verənlər adi bir hadisə ola bilməz. Düşünəndə bir insanın digər insana etdiklərini inana bilmirsən.bunu edənlər insan deyil vəhşidir.
Bu vəhşilik hələ də davam edir. Son günlərdə yaşadıqlarımız buna bir daha sübutdur. Erməni vəhşiliyi əsrlər boyu davam edib və davam etməkdədir.
Gəncə və digər rayonlarımızda ermənilər tərəfindən törədilənlər köhnə yaralarımızı yenidən qanatdı. Yaşayış ərazilərinə atılan mərmilər və bunun nəticəsində dinc əhalinin həlak olması hamımızı çox sarsitdı. Dünya birliyi bütün bu baş verənlərə nədənsə göz yumur. Biz bir Azərbaycan xalqı olaraq, siyasi xadimlər,media nümayəndələri əlbir olub,öz etiraz səsimizi dünyaya çatdırmalıyıq və çatdırırıq!
Dinc əhaliyə qarşı törədilən hər erməni vəhşiliyi bütün dünyaya çatdırılmalıdır.
Biz sülh seven xalqıq və bütün amansızlıqlara yox deyirik!
Haqq ədalət uğrunda aparılan mübarizə həmişə qalib gələcəkdir.Əminik ki,Azərbaycan xalqının haqq səsinə bütün dünya səs verəcəkdir.
İlahə Hacıyeva
139№ li məktəb İngilis dili müəllimi