Şriftin ölçüsü :

Saytın rəngi :

"Ədalət" 30 ildir hardadır?

14 oktyabr 2020 | 11:00

    Tarixi araşdırma aparıb ermənilərin Azərbaycan torpaqlarına kim tərəfindən və necə yerləşdirilməsini,nəticədə əhali tərkibinin ermənilərin xeyrinə necə dəyişdiyini və bu proseslər zamanı Azərbaycanlı əhalinin sıxışdırılıb öz yurdlarından didərgin salındıqlarını,dəfələrlə erməni işğalçıları tərəfindən Soyqırıma məruz qaldıqlarını asanlıqla öyrənə bilərsiz.
    İndi sizə hal -hazırda Azərbaycan ərazisində Azərbaycan ordusu ilə Erməni separatçıları arasında Dağlıq qarabağ uğrunda gedən döyüşlər haqqında məlumat vermək istərdim.
    Dağlıq Qarabağın və ətraf 7 rayonun erməni aqressorları tərəfindən işğalından  sonra 1994- cü ildə  BMT-nin qəbul etdiyi 4 qətnamə əsasında tərəflər arasında atəşkəs elan edildi və erməni silahlı qüvvələrinin qeyri şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi bu qətnamələrdə qeyd edildi.Lakin 30 ilə yaxındır ki qətnamələrdən də göründüyü kimi bu münaqişə Azərbaycanın tanınmış beynəlxalq  ərazi bütövlü çərçivəsində həllini tapmamışdır.
   Bu münaqişənin həlli üçün yaradılmış minsk qrupu 27 ildir ki  tərəflər arasında danışıqlar aparsa da nəticədə status kvo dəyişməmiş və 1milyon qaçqınla Azərbaycan öz ərazilərinə həsrət qalmışdır.Azərbaycan münaqişənin sülh yolu ilə həllini gözləyərkən Ermənistan dəfələrlə təxribatlar törədərək nəyinki işğal olunmuş əraziləri qaytarmaq fikri olmadığını,bununla yanaşı Azərbaycana məxsus yeni əraziləri işğal etmək istədiyini həm sözdə həm əməldə bildirmişdir. Beləki ilk növbədə Qarabağın Ermənistana məxsus olduğunu bildirmiş və 7 rayonun 1 qarışını  da qaytarmayacağını bildirdi.Yeni ərazilər işğal etmək üçün 12 iyul 2020 ci il tarixdə Azərbaycanın Tovuz bölgəsinə hücum təşkil etmişdir. Ordumuzun əzmi ilə düşmən geri çəkilmiş 16 iyulda döyüşlər dayanmışdır.
   27 sentyabrdan başlayaraq erməni tərəfi yenidən həmsərhəd kəndləri   mülki əhali daxil olmaqla atəşə tutmuş və Azərbaycan tərəfi əks hücum əməliyyatı ilə düşməni geri çəkilməyə məcbur etmiş və müharibə torpaqlarımızın azad olunması uğrunda davam etmişdir. Ərazilərin bir qismi azad olunduqdan sonra Rusiyanin təşəbbüsü ilə hər iki ölkənin xarici işlər nazirləri humanitar atəşkəs razılığına gəlmişdilər. Lakin 10 oktyabr 12:00 dan etibarən qüvvəyə minmiş atəşkəs dövründə erməni tərəfi Azərbaycanın 2 ci böyük şəhəri olan  döyüş bölgəsindən  60 km uzaqlıqda olan Gəncəyə11oktyabr  gecə saat 2 də ballistik raket atmışdır.Bu terror aktı nəticəsində 10 dinc sakin gecə evində yatdığı zaman həlak olmuş 35 nəfər yaralanmışdır. Ölənlərdən 5i qadın,yaralıların arasında isə 3ü körpə uşaqdır.
   Bütün beynəlxalq qurumları və dünya ictimaiyyətini bu haqsızlığa DUR deməyə çağırırıq.
   Sonda bütün dünyaya səslənmək istərdim: Sizlərdən kim 30 ilə yaxın evindən və yurdundan didərgin salınmağa,torpağının işğal altında qalmasına,qadın və uşaqların öldürülməsinə və bu ədalətsizliyin daha bir neçə 10 illərlə davam etməsinə razı olar?  Azərbaycanı günahkar çıxarmaq istəyənlər, hansınız torpaqlarınızın 30 ilə yaxın 20 faiz işğalı və ümumi əhalinizin 10 faizinin qaçqın düşməsi ilə barışarsız?

Əhmədova Maya
110 saylı tam orta məktəbin ingilis dili müəllimi

Keçidlər