Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycandır!

13 oktyabr 2020 | 11:00

   Moskvada 11 saat ərzində danışıqların aparılması şəraitin gərginliyini və prosesin mürəkkəb olduğunu  göstərir.
   Humanitar atəşkəs birinci mərhələdir. Bu atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.
Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir.
   Azərbaycana qarşı artan siyasi təziqləri prezident İlham Əliyev vaxtında atılan diplomatik addımlarla neytrallaşdırır.
   Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər Ermənistan öz siyasətini davam etdirərsə , onda hərbi əməliyyatlar hər zaman baş verə bilər.
Azərbaycanın milli maraqları prezident İlham Əliyev üçün ən ali dəyərdir. O, siyasi iradə , əzm, qətiyyət nümayiş etdirərək düşmən ölkənin havadarlarına layiqli cavab verir. Prezidentimiz Azərbaycanın işğalla heç zaman barışmayacağını Ermənistan və onun havadarlarına (çıxışla) qəti siyasi iradə nümayiş etdirərək sübut etdi.
   Prezident İlham Əliyev məntiqli gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişdi.
   ATƏT – in Minsk qrupunun həmsədrləri 30 il ərzində heç nə etmədilər. Azərbaycanın haqlı olduğunu bilirdilər, lakin susurdular.
   Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır.
   Azərbaycanın hərbi sahədə əldə etdiyi böyük uğuru Ermənistanı qorxuya salmış, digər dövlətlərdən kömək istəmişdir. Ermənistan öz hərəkətləri ilə sübut etdi ki, münaqişədə tərəf  Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz özüdür Ermənistan baş naziri daha 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində şərtləri Azərbaycan irəli sürür.
   Nazirlər Kabinetinin 15 iyul 2020 – ci il tarixli iclası zamanı prezident İlham Əliyev bildirib ki, nə vaxt, nəyi, necə etmək lazım olduğunu biz bilirik.
  Sentyabrın 27 – dən başlayan əks – hücum əməliyyatları nəticəsində bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Azərbaycan xalqı prezident İlham Əliyevin hər bir sözünü, cümləsini dəstəkləyir.
  Azərbaycan ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində qurduğu ordusunu darmadağın etdi. Onların çox saylı silah sursat sistemləri canlı qüvvəsi məhv edildi, xeyli sayda hərbi texnikası ələ keçirildi. Ermənilərin peşəkar zabit heyəti məhv edildi. Azərbaycan ordusu prezident İlham Əliyevin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbələr endirməklə öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
  Azərbaycan xalqı yalnız öz gücünə arxalandı, Ermənistan isə müxtəlif ölkə havadarlarına yalvararaq kömək istəyir. Onu dəstəkləyən Rusiya, Fransa və digər dövlət başçılarıdır.
   Dünya azərbaycanlılarının birliyi milli həmrəylik, yüksək vətənpərvərlik dövlətimizin əzmini daha da artırır.
   Azərbaycan ordusu Murovdağ zirvəsi, Suqovuşan su anbarı, Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, onlarla kənd, strateji yüksəklikləri azad ediblər.
 Ermənistanın və diasporunun işğal olunmuş ərazilərə qoyduğu investisiyalar havaya sovrulub. Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı.
  Oktyabrın 9–da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbiçilərin cəsədlərini təhvil vermək imkanı yaratdı. Lakin,    humanitar atəşkəs olmasına baxmayaraq , Ermənistanın Qarabağdan çox uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış məntəqələrini və dinc əhalisini raket zərbələri ilə hədəf seçməsi onların anti – insani , faşist simasını bir daha sübut etdi.
  Humanitar atəşkəs Ermənistana verilən son şansdır, əgər o, qoşunların çıxarılması istiqamətində addımlar atmasa, hərbi əməliyyatlar bərpa olunacaq, bu da onlara baha başa gələcək.
   Ermənistan və onu dəstəkləyənlər əmin olmalıdır ki, Azərbaycan xalqı daim əzmlə çalışan ölkə başçısının arxasındadır və bilməlidirlər ki,   Qarabağ Azərbaycandır!


Günay Rəhimova,
302 saylı tam orta məktəb

Keçidlər